İstifadəsinə göstərişlər:
Nevrologiya və neyrocərrahiyyədə: hemorragik insult, işemik insult, beyinin keçici qan dövranı pozulmaları, xronik serebrovaskulyar pozulmalar, kəllə-beyin travmalar, beyin əzilməsi, kəllə-beyin travması olan xəstələrdə əməliyyat sonrası dövr, epidura, subdural və beyindaxili hematoma səbəbindən əməliyyat olunmuş xəstələr, beyinin damar patologiyaları.
Əks göstərişləri:
Emoksipinə qarşı yüksək həssaslıq, hamiləlik və laktasiya dövrü, 18 yaşa kimi uşaqlar.
İstifadə qaydası və dozası:
Emoksibel 10-12 gün vena daxilinə 5-10 mq/kq dozada təyin edilir.
Preparat dəqiqədə 20-30 damcı olmaqla yeridilir.
Daha sonra 10-30 gün müddətində gündə 2-3 dəfə 3%-li məhlul 2-10 ml dozada əzələ daxilinə təyin edilir.
Müalicə zamanı arterial təzyiq və qanın laxtalanma sistemi nəzarətdə saxlanmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Preparatın hamiləlik zamanı və laktasiya dövründə istifadəsi əks göstərişdir.
Rəylər (0)