İstifadəsinə göstərişlər:
Böyüklərdə, uşaqlarda, körpələrdə və yeni doğulmuşlarda birincili və ikincili karnitin çatışmazlığının müalicəsində istifadə olunur.
Uzun müddətli hemodializ keçən pasiyentlərdə aşağıdakı hallarda ikincili karnitin çatışmazlığı ehtimalı vardır:
- dializ zamanı ağır və davamlı əzələ qıcolmaları və/və ya hipotenziya halları,
- həyat keyfiyyətinə neqativ təsir göstərən halsızlıq,
- skelet əzələlərinin zəifliyi və ya miopatiya,
- kardiomiopatiya,
- eritropetin müalicəsinə cavab verməyən və ya daha yüksək dozalar tələb edən uremik anemiya,
- qidalanmanın natamam olması ilə əlaqəli əzələ kütləsinin azalması.
Əks göstərişlər:
Preparatın tərkibindəki hər hansı bir komponentə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
Yavaş venadaxili yeridilmə üçün (2-3 dəqiqə ərzində)
Böyüklər, uşaqlar, körpələr və yenidoğulmuşlar
Anadangəlmə metabolizm pozğunluqları
Dozalanma metabolizmin pozğunluq səviyyəsindən və müalicə dövründəki vəziyyətindən asılıdır.
Kəskin dekompensasiya zamanı məsləhət görülən doza hər kq bədən kütləsinə 100 mq təşkil edir. Bu dozanın istifadəsi gündə 2-3 dəfəyə bölünə bilər.
Doza həddinin aşılması:
Doza həddinin aşılması zamanı levokarnitinin toksikliyi barədə məlumat yoxdur.
Əlavə təsirləri:
Mədə-bağırsaq sisteminin pozğunluqları:
Çox nadir:
Qusma, ürək bulanma, diareya, abdominal spazmlar.
Ümumi pozğunluqlar və yeridilmə yerində reaksiyalar:
Çox nadir:
Bədəndə spesifik qoxu.
Rəylər (0)