Kənar qarışıqsız, qeyri-şəffaf ağ və ya demək olar ki ağ rəngli məlhəm.
İstifadəsinə göstərişlər:
Kortikosteroidlər ilə terapiyaya cavab verən dəri xəstəlikləri zamanı, o cümlədən psoriaz və atopik dermatitin və qaşınma simptomlarının yerli müalicəsi.
Əks göstərişlər:
Preparatın hər hansı komponentlərinə qarşı hiperhəssaslığı olan pasiyentlərə ELOKOM əks göstərişdir.
İstifadə qaydası və dozası:
Məlhəm dərinin zədələnmiş sahələrinə nazik layla gündə 1 dəfə yaxılır.
Müalicənin davametmə müddəti xəstəliyin ağırlığından, gedişindən asılıdır və fərdi təyin olunur.
Uşaqlarda və böyüklərdə kortikosterodlərin yerli istifadəsi 5 gündən artıq davam etməmlidir. Preparatın fasiləsiz istifadəsi 2-3 həftədən artıq olmamalıdır.
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 1 mq mometazon-furoat vardır.
Köməkçi maddə: heksilenqlikol, təmizlənmiş su, fosfat turşusu, propiloenqlikol stearat, ağ mum, ağ vazelin.
Rəylər (0)