Ağ və ya ağ rəngə yaxın,yumşaq konsistensiyalı,əlavələrsiz bircinsli krem
İstifadəsinə göstərişlər:
kortikosteroidlərlə müalicəyə yatımlı dəri xəstəliklərində iltihab və qaşınma eleyhinə,damardaraldıcı təsirlərə malikdir.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.Vulqar civzələr,rozasea,perioral dermatit,perianal və genital qaşınma,bakteriya,virus və ya göbələk mənşəli dəri infeksiyaları,vərəm xəstəliyi,sifilis,postvaksinal reaksiyalar olduğu hallarda əks göstərişdir.
İstifadə qaydası və dozası:
Elakom dərinin zədələnmiş sahələrinin üzərinə nazik qatla gündə 1 dəfə yaxılır.Müalicə müddəti xəstəliyin gedişatından və ağırlığından asılıdır və fərdi müəyyən edilir.Uşaqlarda və böyüklərdə yerli istifadəsi üçün kortikosteroidlər 5 gündən artıq istifadə olunmamalıdır.Preparatın fasiləsiz istifadəsi 2-3 həftədən çox olmamalıdır.
Saxlanma şəraiti:
25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Reseptlə buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
Təsiredici maddə:1 q kremin tərkibində 1 mq mometazon fuorat vardır.
Köməkçi maddələr:heksilenqlikol,təmizlənmiş su ,fosfor turşusu ,propilenqlikol stearat ,stearil spirti və setearet -20,titan 4-oksid,oktenilsuksinat nişastanın alüminium duzu,ağ mum,ağ vazelin.
Rəylər (0)