İstifadəsinə göstərişlər:
- Qadınlarda və qadın yeniyetmələrdə kəskin, ağırlaşmamış sistitin müalicəsi üçün;
- Yetkin kişilərdə prostat vəzinin transrektal biopsiyası zamanı perioperativ antibiotik profilaktikası üçün.
Antibakterial maddələrin müvafiq istifadəsinə dair rəsmi təlimatlar nəzərə alınmalıdır.
Əks göstərişləri:
Təsiredici maddəyə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Qadınlarda və qadın yeniyetmələrdə (12yaşdan yuxarı) kəskin, ağırlaşmamış sistitin müalicəsi;
3 q fosfomisin gündə bir dəfə, acqarına, yatmazdan əvvəl və sidik kisəsi boşaldıqdan sonra qəbul etmək məsləhət görülür.
Yetkin kişilərdə prostat vəzinin transrektal biopsiyası zamanı perioperativ antibiotik profilaktikası;
Əməliyyatdan 3 saat əvvəl 3 q fosfomisin və əməliyyatdan 24 saat sonra 3 q fosfomisin qəbul edilməlidir.
Böyrək funksiyasının pozğunluğu
Böyrək çatışmazlığı olan pasiyentlərdə Elfosun istifadəsi tövsiyə olunmur.
Pediatriyads istifadəsi:
12 yaşdan kiçik uşaqlarda fosfomisin trometamolun təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.
Rəylər (0)