İstifadəsinə göstərişlər:
- Qrammüsbət və qrammənfi aerob və anaerob flora tərəfindən törədilən bakterial vaginitlər
- Digər növ mikroorqanizmlərlə birlikdə Trichomonas vaginalis tərəfindən törədilən vaginitlər.
- Digər növ mikroorqanizmlərlə birlikdə Candida cinsindən olan mikroorqanizmlər tərəfindən törədilən göbələk vaginitlər.
- Qarışıq flora: Trichomonas vaginalis, Candida spp. və bakteriyalar tərəfindən törədilən vaginitlər.
- Ginekoloji əməliyyatlardan, abortlardan, histeroqrafiyadan əvvəl, uşaqlıqdaxili kontraseptivlərin istifadəsindən əvvəl və sonra profilaktik məqsəd üçün.
Əks göstərişləri:
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq, ağır qaraciyər və böyrək çatışmazlığı, ağır hematoloji xəstəliklər, hamiləlik, ana südü ilə qidalandırma dövrü. Effektivliyi və təhlükəsizliyi barədə məlumatların olmadığı üçün Ekstravaq 18 yaşına qədər uşaqlarda əks göstərişdir. Mədə-bağırsaq xorası, allergik xəstəliklər, steroidli diabet, bədxassəli hipertenziya. Epilepsiya və porfiriya.
İstifadə qaydası və dozası:
İntravaginal.
1 şam axşam, yatmazdan əvvəl, 7-10 gün ərzində.
İl ərzində 3 kursdan artıq müalicə almaq tövsiyə olunmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Preparat hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
Rəylər (0)