İstifadəsinə göstərişlər:
Eqitromb trombların əmələ gəlməsinin qarşısını almaq və aşağıdakı səbəblərdən bu cür ağır ağırlaşmalar riskini aşağı salmaq üçün təyin olunur:
- Arteriyaların divarlarının yüksək sərtliyə malik olması (ateroskleroz) və
- Əvvələr ürək tutmasının, insultun baş verməsi, ya da periferik arteriya xəstəliklərinin olması və ya
- Döş qəfəsində ağrılarla müşayiət olunan qeyri-stabil stenokardiya və ya miokard infarktı (ürək tutması) adlanan ağır vəziyyətin olması. Bu vəziyyəti müalicə etmək üçün effektiv qan cərəyanını bərpa etmək məqsədilə həkim bağlı və ya daralmış arteriyaya stent yeridə bilər. Bundan başqa, asetilsalisil turşusu (ağrıları azaltmaq və bədən temperaturunu aşağı salmaq, həmçinin qanın laxtalanmasının qarşısını almaq üçün bir çox dərman vasitələrinin tərkibində istifadə olunan maddə) təyin edilməlidir.
- Qeyri-müntəzəm ürək ritminin, qulaqcıqların fibrilyasiyasıadlanan vəziyyətin müşahidə edilməsi və yeni trombların əmələ gəlməsinin və artıq mövcüd olan trombların sonrakı böyüməsinin qarşısını alan "oral antikoaqulyantlar" (başqa sözlə, K vitaminin antaqonistləri) adlanan preparatların qəbul edilə bilməməsi. Xəstəyə izah olunmalıdır ki, bu cür vəziyyətlərdə "oral antikoaqulyantlar" asetilsalisil turşusuna və ya asetilsalisil turşusunun Eqitrombla kombinasiyasına nisbətən daha effektlidir. "Oral antikoaqulyantlar" qəbul edilə bilmədikdə və massiv qanaxmanın inkişaf riski olmadıqda həkim Eqitromb və asetilsalisil turşusu təyin etməlidir.
Əks göstərişlər:
- Klopidoqrelə və ya bu preparatın istənilən komponentinə qarşı həssaslığın artması;
- Hal-hazırda qanaxmaya səbəb olan xəstəliyin olması, məsələn. mədə xorası və ya baş beyinə qansızma;
- Ağır qaraciyər xəstəliyinin olması
Əgər bu xəstəliyin hər hansı birinin olması ehtimal olunarsa və ya istənilən şübhə zamanı, Eqitromb preparatını qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin.
İstifadə qaydası və dozası:
Bu preparatı həmişə həkimin təyinatına ciddi şəkildə əməl etməklə qəbul edin. Əgər nəyəsə əmin deyilsinizsə, mütləq həkim və ya əczaçı ilə məsləhətləşin.
Əgər döş qəfəsində güclü ağrı olarsa (qeyri-stabil stenokardiya və ya ürək tutması), həkim müalicə kursunun əvvəlindəki birdəfəlik 300 mq Eqitromb preparatı (75 mq-lıq 4 tablet) təyin edə bilər.
Sonra qida qəbulundan asılı olmayaraq, hər gün eyni vaxtda daxilə adi doza - gündə 75 mq 1 tablet təyin edilir.
Rəylər (0)