İstifadəsinə göstərişlər:
- Endogen progesteron çatışmazlığının nəticəsində yaranan menstrual tsiklin pozulması, dismenoreya,anovulyasiya tsikli, predmenustrual sindrom və disfunksional uşaqlıq qanaxmaları
- İkimcili amenoreya
- Endometrioz xəstəliyinin müalicəsində
- Süni mayalanma proqramlarında
- Lutein çatışmazlığı nəticəsində yaranan sonsuzluğun müalicəsində
- Adəti düşüklər və düşük təhlükəsinin müalicəsində
- Lütein faza çatışmazlığının müalicəsində
- Premenopauza dövründə
- Estrogen ilə birlikdə hormonal əvəzedici terapiyada
Əks göstərişləri:
- Progesterona və ya preparatın tərkibindəki hər hansı digər komponentlərə qarşı hiperhəssaslıq;
- Diaqnoz qoyulmamış vaginal qanaxma;
- Ağır qaraciyər çatışmazlığı:
- Rotor sindromu və Dubin - Conson sindromu;
- Süd vəzi və cinsi orqanların xərçəngi;
- Trombozlara meyillik, tromboflebit və ya tromboembolizmin kəskin formaları;
- Arteriyaların mövcud və ya yaxın zamanda keçirilmiş tromboemboli zədələnmələri;
- Natamam düşük;
İstifadə qaydası və dozası:
- Menstrual pozğunluqlar və predmenstrual sindrom zamanı 50 mq gündə 3-4 dəfə dilaltı təyin edilir, müalicə ardıcıl 3-6 tsikl ərzində davam edir.
- Endometriumun hiperplaziyasının qrşısının alınması üçün estrogenlərlə birlikdə 50 mq gündə 3-4 dəfə dilaltı təyin edilir. Davamlı növbəli rejimdə 28 günlük tsiklin son 12-14 günündə təyin edilir. Endometriumu estrogenlərin proliferativ təsirindən qorumaq üçün Egeron-un dozası estrogen dozasından asılı olaraq təyin edilir.
- İkincili amenoreyada 50 mq gündə 3-4 dəfə dilaltı təyin edilir. Müalicə dayandırıldıqdan sonra 7-10 gün ərzində qanaxma meydana gəlməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Progesteron hamiləliyin birinci trimestrində etibarlı şəkildə istifadə edilə bilər.
Bu hormon ana südündə ifraz olunduğu üçün südvermə dövründə EGERON-un qəbulu əks göstərişdir.
Rəylər (0)