Dyloxia 18 yaşlı və böyük passiyentlərdə və böyüklərdə böyük depressiv pozğunluğun generalizə olunmuş həyəcan pozğunluğunun diabetik periferik neyropatik ağrıların, fibromiyalgiyanın , xronik skelet-əzələ ağrılarının, beldə xroniki ağrılarının və osteoartiritlə bağlı xronik ağrıların müalicəsi üçün istifadə olunur. Duloksetin seotoninin (5-HT) və noradadrenalin (NA) geriyə tutulmasının kombinəolunmuş inhibitorudur. O, histaminergik, dofaminergik, xolinergik və adrenergik, xolinergik və adrenergik reseptorlara əhəmiyyətli yaxınlq göstərmədən dopaminin geriyə tutulmasını zəif dərəcədə inhibə edir. Duloksetin heyvanlarda beyinin müxtəlif nahiyyələrində serotoninin və noradrenalinin hüceyrə daxili səviyyələrini dozadan asılı artırır.
Duloksetin neyropatik və iltihab ağrıların bir neçə klinikaya qədərki modellərində ağrının qıcıq qapısını normallaşdırılmış və davamlə ağrı modelində ağrı ilə bağlı davranışı zəflətmişdir. Hesab edilir ki, duloksetininin ağrını zaiflədici təsiri mərkəzi sinir sisteminjdə ağrının enən tormozlayıcı yollarını potensiyallaşdırması ilə bağlıdır.
ƏKS GĞSTƏRİŞ: Dloksetinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı məlum yüksək həssaslıq
XÜSUSİ GÖSTƏRİŞLƏR:
Uşaqlarda və 24 yaşdan aşağı şəxslərdə antitepressantın istifadəsi intihar barədə düşüncənin və davranışın yüksəlməsi üçün potensiala malikdir. Ona görədə ailəsi və qəyyumu tərəfindən pasiyentə ciddi nəzarət edilməsi tövsiyə olunur. Xüsusi ilə müalicənin başlanğıcında və ilkaylarında, dozanın artırılması, azaldılması zamanı və narahatlıq və ya intihar ehtimalı kimi qeyri adi davranış dəyişikliklərinə görə dərmanın qəbulunun dayandırılması zamanı. Dloksiya anamnezində maniya və ya bipolyar pozğunluq diaqnozu və ya qıcolmalar olanpassiyentlərdə ehtiyatla istifadə etməlidir.
SAXLANMA ŞƏRAİTİ: 25C dən aşağı temperaturda,orjinal qablaşdırmada saxlamaq lazımdır.
İSTEHSALÇI ÖLKƏ:
Rəylər (0)