İstifadəsinə göstərişlər:
Duskonal Retard mədə-bağırsaq sisteminin saya əzələsinin spazmı aradan qaldıran dərman vasitəsidir.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
pralitik ileus.
İstifadə qaydası və dozası:
Dozalanması
Böyüklər
Preparatı sutkada 2 dəfə, səhər və axşam 1 kapsul qəbul etmək lazımdır.
Uşaqlar və 18 yaşa qədər yeniyetmələr
Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə preparatın istifadəsinin təhlükəsizliyi və effektivliyi barədə kifayət qədər məlumatın olmamasını nəzərə alaraq, həmin kateqoriyadan olan pasiyentlərdə preparatın istifadəsi nəzərdə tutulmamışdır.
Doza həddinin aşılması:
Doza həddinin aşılması zamanı mərkəzi sinir sisteminin oyanıqlığının artması mümkündür.
Əlavə təsirləri:
Fərdi hallarda-anafilaktik şok.
Çox nadir hallarda başgicəllənmə, yuxululuq, şüurun dumanlanması və ürəkbulanma müşahidə edilmişdir.
Rəylər (0)