İstifadəsinə göstərişlər:
Essensial arterial hipertenziyanın müalicəsi.
Əlavə müalicə
Əgər telmisartanla və ya amlodipinlə aparılan monoterapia zamanı arterial qan təzyiqini nəzarət altında saxlamaq mümkün deyilsə, bu xəstələrə DUPLAKS preparatı göstərişdir.
Əvəzləyici müalicə
Ayrı - ayrı tabletlər şəklində telmisartan və amlodipin qəbul edən xəstələr müvafiq komponentlərin eyni dozalarından ibarət olan DUPLAKS preparatının qəbuluna keçə bilərlər.
Əks göstərişlər:
DUPLAKS preparatının tərkibində olan hər hansı komponentinə və dihidropiridin törəmələrinə qarşı yüksək həssaslıq, ödçıxarıcı yolların obstruktiv xəstəlikləri, qaraciyər funksiyasının pozulması, kardiogen şok, şəkərli diabet və ya böyrək çatışmazlığı olan xəstələrdə aliskerenlə eyni zamanda qəbulu, hamiləlik və laktasiya dövrləri, uşaqlar və 18 yaşa qədər yeniyetmə yaş dövrü.
İstifadə qaydası və dozası:
Telmisartan 20 - 80 mq gündəlik doza ilə hipertoniyanın effektiv müalicəsini təmin edir, amlodipin isə 2,5 10 mq doza ilə effektiv təsir göstərir.
Doza fərdiləşdirilməlidir və ən azı 2 həftədən sonra doza artırıla bilər. Antihipertenziv effekt 2 həftə ərzində aşkar olunur. Arterial təzyiqin maksiumum azalması isə adətən 4 həftədən sonra baş verir. Telmisartan və amlodipin tabletlərinin maksimum tövsiyə olunan dozası gündə 1 dəfə olmaqla 80/10 mq-dır.
Doza həddinin aşılması:
Simptomları
Telmisartanın doza həddinin aşılmasının ən çox rast gəlinən təzahür formaları: hipertoniya, taxikardiya, bradikardiya, başgicəllənmə və kəskin böyrək çatışmazlığı.
Amlodipinin doza həddinin aşılması həddən artıq periferik vazodilatasiya və mümkün reflüks taxikardiyası ilə nəticələnə bilər.
Müalicəsi
Doza həddinin aşılması zamanı həkim tərəfindən müayinə olunaraq simtomatik və dəstəkləyici müalicə təyin edilir. Aktivləşdirilmiş kömür həm telmisartan, həm də amlodipinin doza həddinin aşıldığı müalicədə faydalı ola bilər.
Əlavə təsirləri:
Ən çox rast gələn əlavə təsirlərə başgicəllənmə və ya periferik ödem daxildir.
İnfeksiyalar və invaziyalar
Bəzən
Telmisartan: yuxarı tənəffüs yollarının infeksiyası, o cümlədən faringit və sinusit, sidik kanalının infeksiyası, o cümlədən sistit.
Nadir hallarda:
Duplaks: sistit.
Telmisartan: sepsis, o cümlədən ölümcül nəticə.
Nadir hallarda:
Telmisartan: trombositopeniya, eozinofiliya.
Çox nadir hallarda:
Amlodipin: leykositopeniya, trombositopeniya.
Rəylər (0)