İstifadəsinə göstərişlər:
Böyük depressiv pozuntuları müalicəsi;
Diabetik periferik neyropatik ağrının müalicəsi;
Yayılmış həyacan pozuntusunun müalicəsi.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
Monoaminooksidazanın qeyri-selektiv geridönməyən inhibitorları;
Qaraciyər funksiyasının pozulmasına səbəb olan qaraciyər xəstəliyi;
Böyrəklərin ağır xəstəlikləri;
Preparatı fluvoksaminlə, siprofloksasinlə və ya enoksasinlə kombinasiyada istifadə etmək olmaz, belə ki, bu kombinasiya duloksetinin plazma konsentrasiyasının yüksəlməsinə səbəb olur;
Hipertonik krizin yaranması riskinə məruz qala bilən nəzarət edilməyən hipertenziyalı pasiyentlərdə preparatla müalicə əks göstərişdir.
İstifadə qaydası və dozası:
Dozalanması
Böyük depressiv pozğunluq
60 mq-dan yüksək sutkada maksimal 120 mq-a qədər olan dozalanmaları klinik tədqiqatlarda təhlükəsiz baxımdan qiymətləndirilmişdir.
Generalizəolunmuş həyacan pozğunluğu qeyd olunan pasiyentlərdə preparatın tövsiyə olunan başlanğıc dozası 60 mq-a qədər artırmaq lazımdır ki, da əksər pasiyentlər üçün adətən istifadə edilən dəstəkləyici doza hesab edilir.
Doza həddinin aşılması:
Doza həddinin aşılmasının simptomlarına yuxululuq, koma. Serotonin sindromu, qıcolma, qusma və taxikardiya aiddir.
Əlavə təsirlər:
Ürəkbulanma, başağrı, ağızda quruluq və başgicəllənmə olmuşdur.
Lakin tez-tez baş verən əlavə təsirlərin əksəriyyəti zəif və ya mülayim tipli olmuşdur; əlavə əsirlər adətən terapiyanın əvvəlində müşahidə edilmişdir və əksər hallarda hətta müalicə davam etdirildikdə də aradan qalxmışdır.
Rəylər (0)