İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
Qeyri – stabil sidik kisəsi olanlarda , yaxud dağınıq skleroz və spina bifida kimi xəstəliklərdə sidik kisəsinin neyrogen
disfunksiyası nəticəsində və ya detruzorun idiopatik qeyri – stabilliyi nəticəsində sidiyin saxlana bilməməsi , tez – tez
sidiyəgetməyə çağırış və ya tez – tez sidiyəgetmə.
Uşaqlarda istifadəsi
Yaşı 5 yaşdan çox olan uşaqlarda oksibutinin hidroxlorid aşağıdakı problemlərdə istifadə oluna bilər.
- idiopatik reaktiv sidik kisəsi və ya sidik kisəsinin neyrogen disfunksiyası nəticəsində qeyri – stabil sidik kisəsi olanlarda sidik
saxlamamazlığı , təcili sidiyəgetmə istəyi və ya tez – tez sidiyəgetmə .
ƏKS GÖSTƏRİŞLƏR :
- Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı həssaslıq :
- bağlıbucaqlı qlaukoma və ya gözün ön kamerasında xırda olması :
- 5 yaşadək uşaq yaş dövrü :
- hamiləlik və laktasiya dövrü :
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ :
Hamiləlik dövrü
Oksibutinin hamiləlik vaxtı istifadə olunmasının təhlükəsizliyi tam müəyyənləşdirilməyib.
Heyvanlar üzərində aparılmış tədqiqatlar göstərir ki , ana orqanizminə toksik təsir göstərən dozaların istifadə olunması
reproduktiv toksiklik yaradır .
Hamiləik vaxtı , daha təhlükəsiz alternativ mövcud olmadığı halları istisna etmək şərti ilə istifadədən qaçmaq tövsiyə olunur .
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Daxilə qəbul edilir.
Böyüklərdə
Standart doza – gündə 2 – 3 dəfə 5 mq.Kliniki cavab almaq üçün doza əlavə təsirlərə qarşı tolerantlığın olması şərti ilə gündə
4 dəfə 5 mq – a qədər qaldırıla bilər.
Yaşlı pasiyentlər
Ahıl yaşlı pasiyentlərdə yarımxaricolma dövrü artmış olduğu üçün , adətən gündə 2 dəfə 2,5 mq doza adekvat hesab olunur.
5 yaşdan uxarı uşaqlar
Sidik kisəsinin neyrogen qeyri – stabilliyi zamanı : gündə 2 dəfə 2,5 mq. Yaxşı tolerantlığın olması şərti ilə kliniki təsir almaq
üçün doza tədricən gündə 2 – 3 dəfə 5 mq – a qədər artırıla bilər.
DOZA HƏDDİNİN AŞILMASI :
Oksibutinin doza həddinin aşılması zamanı əlavə təsirlər güclənir.MSS tərəfindən olan adi əlavə təsirlərin güclənməsindən
sirkulyator pozulmalaradək , tənəffüs çatışmazlığınadək , iflic və komayadək.
Müalicəsi – simptomatik müalicə aparılır :
- dərhal mədənin yuylması :
- həyat üçün təhlükəli olan antixolinergik sindromun yarandığı halda istifadəsinə dair təlimatında tövsiyə olunan dozada
neostiqmin istifadə oluna bilər.
Rəylər (0)