İstifadəsinə göstərişlər
Dopegit tabletləri hipertoniya xəstəliyinin müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər
-Metildopaya və/və ya preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq;
-qaraciyər xəstəliklərinin aktiv dövrü (kəskin hepatit, sirroz);
-əvvəllər istifadə zamanı Metildopa qaraciyərin zədələnməsinə səbəb olmuşdursa;
-MAO fermentinin depressiyanın, Parkinos xəstəliyinin və ya Alsheymer xəstəliyinin müalicəsi üçün istifadə edilən inhibitorları (məsələn, moklobemid, selegilin) ilə eyni zamanda istifadə olunması;
-depressiya;
-böyrək üstü vəzilərin xüsusi şişi (feoxromositoma).
Pasiyent, mövcud olan xəstəlikləri və ya qəbul etdiyi dərman preparatları barədə məlumatlı olmadığı halda, həkimlə məsləhətləşməlidir.
İstifadə qaydası və dozası
Daxilə qəbul etmək üçün tabletlər. Tabletləri qida qəbulundan əvvəl və ya sonra istifadə etmək olar. Dopegit 250 mq tabletlərini yalnız həkim təyinatına müvafiq qəbul etmək lazımdır.
Dozalanma rejimi
Böyüklər üçün
Preparatın başlanğıc tövsiyə olunan dozası - ilk 2 gün müddətində gündə 2-3 dəfə 250 mq-dır (1 tablet). Arterial təzyiqin aşağı düşmesinin səviyyəsindən asılı olaraq, həkim başlanğıc dozanı, iki gündən az olmayan intervallarla, tədricən artıra bilər. Preparatın tövsiyə olunan dəstəkləyici dozası sutkada 500-2000 mq-dır (2-8 Dopegit 250 mq tabletləri), bu dozanı 2-4 dəfəyə qəbul etmək lazımdır. Artırılmış dozanı axşam qəbul etmək tövsiyə olunur.
Maksimal sutkalıq doza 3q-dan (12 tablet) artıq olmamalıdır.
Xüsusi qrup pasiyentlər
Yaşlı pasiyentlər
Yaşlı pasiyentlərin müalicəsini mümkün olan minimal dozadan başlamaq lazımdır (gündə 1 dəfə 1 tablet (250 mq) Dopogit). Arterial təzyiqin aşağı düşməsindən asılı olaraq, həkim dozanı tədricən artıra bilər. Sutkalıq doza 2 q-dan (8 tablet) artıq olmamalıdır.
Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər
Həkim Dopegit preparatının dozasını, böyrək funksiyalarının pozulma səviyyəsinə müvafiq aşağı sala bilər. Həkim, həmçinin tabletlərin qəbulu tezliyini azalda bilər. Böyrək funksiyalarının yüngül dereceli pozğunluğunda preparatın iki qəbulu arasında ən azı 8 saat interval saxlanmalıdır, orta dərəcəli pozulmalarda - ən azı 8 - 12 saat, böyrək funksiyalarının ağır dərəcəli pozulmasında isə ən azı 12-24 saat interval olmalıdır.
Hemodializ müalicəsi zamanı (pozulmuş böyrək funksiyasını tamamlamaq məqsədilə) Metildopa orqanizimdən xaric olur, bu səbəbdən hemodializ prosedurası sona çatdıqdan sonra, arterial təzyiqin yüksəlməsinin qarşısını almaq məqsədilə, əlavə olaraq Dopegit tableti (250 mq)qəbul etmək tövsiyə olunur.
18 yaşa qədər uşaqlar və yeniyetmələr
Uşaqlar üçün preparatın dozasını həkim, bədən kütləsinə müvafiq olaraq təyin edir.
Uşaqlar üçün Metildopa preparatının tövsiyə olunan başlanğıc dozası sutqada 10 mq/kq bədən kütləsinə təşkil edir, bu dozada 2-4 dəfəyə qəbul olunmalıdır. Zərurət yarandıqda uşaq və yeniyetmələrüçün dozanı, iki gündən az olmayan intervallarla, tədricən artırmaq olar (maksimal olaraq bədən kütləsinə 65 mq/kq-a qədər). Sutkalıq doza 3 q-dan artıq olmamalıdır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi Dopegit preparatınında əlavə təsirləri meydana çıxa bilər, lakin bu təsirlər hər pasiyentdə meydana çıxmır. Müalicənin əvvəlində və dozanı artırdıqda ötüb keçən əlavə reaksiyalar müşahidə edilə bilər: yuxuya meyillilik, baş gicəllənmə, diqqətin zəifləməsi, baş ağrısı, zəiflik, gücsüzlük hissi.
Aşağıdakı simptomlar meydana çıxdıqda dərhal həkimə müraciət etmək lazımdır: solğunluq, zəiflik; bütün bədəndə kiçik qırmızı qansızmalar, nəcisin qara olması və ya sidikdə qanın olması; qeyri-adi vəya uzun müddətli qanaxma, qan sızmalar; göz sklerasının və ya dərinin saralması, sidiyin tündləşməsi; şiddətli yorğunluq; sinə ağrılarının (stenokardiya) tezliyinin artması və müddətinin uzanması; təngnəfəslik (tənəffüsün çətinləşməsi), ayaqlarda ödem, bədə kütləsinin aartması; dəridə suluqların əmələ gəlməsi və ya dərinin soyulması.
Belə simptomlar preparatın qan yaradıcı orqanlara əlavə təsiri, hiperhəssaslıq reaksiyaları (allergiya) və ya ürək çatışmazlığı nəticəsində baş verə bilər. Bu vəziyyətlər ağır hallarla nəticələnə bilər. Həkim məsləhətlərinə riayyət etməklə, laborator tədqiqatlarından keçməklə və yuxarıda göstərilən hər hansı əlavə hal meydana çıxdıqda dərhal həkimə müraciət etməklə, ağır nəticələrin qarşısını almaq mümkündür.
Yuxarıda göstərilən təsirlərdən başqa, Dopegit preparatından istifadə etdikdə, həçinin aşağıdakı əlavə reaksiyalar müşahidə oluna bilər: İmmun sistemində (orqanizmin infeksiyalardan müdafiə sistemi) baş verən pozğunluqlar:
müxtəlif orqanların zədələnməsi və dəri simptomlarının (üz dərisinin "kəpənək" şəklində qızarması) tez-tez inkişaf etməsi, damarların iltihabı; çox nadir hallarda (10 000 pasiyentdən 1-dən az) ürək əzələsinin (miokardit) və ya ürəyin xarici qişasının iltihabı (perikardit) ilə müşaiyət olunan, birləşdirici toxuma xəstəliyi
(qırmızı qurd eşənəyi).
Daxili sekresiya vəzilərində (endokrin sistemində) baş verən pozğunluqlar: süd vəzilərinin şişməsi, süd ifraz olunması, qadınlarda menstruasiyanın kəsilməsi.
Psixikada baş verən pozğunluqlar: qorxulu yuxu görmələr, şüurun dumanlanması, depressioya, cinsi meylliliyin zəifləməsi.
Sinir sistemində baş verən pozğunluqlar:
Üz sinirinin parezi, apatiya, qeyri-iradi hərəkətlər, beyin qan dövranı çatışmazlığının əlamətləri (nitqin və görmə qabiliyyətinin pozulması, bədənin bir tərəfində ətraflarda zəiflik), baş gicəllənmə, hissiyatın pozulması, (sancma); çox nadir hallarda (10 000 pasiyentdən 1-dən az) Parkinos xəstəliyi üçün xarakterik siptomların (titrəmə, ayaqları sürüyərək yerimə) inkişaf etməsi.
Ürək-damar sistemində baş verən pozğunluqlar: nəbzin tezliyinin azalması, ayağa durduqda baş gicəllənmə.
Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar: yğun bağırsağın iltihabı, dildə ağrı və dilin qaralması, ağızda quruluq; çox nadir hallarda (10 000 pasiyentdən 1-dən az) qarın nahiyəsində kəskin ağrı və qusma ilə müşaiyət edilən mədəaltı vəzinin iltihabı.
Dəridə və dəri altı toxumalarda baş verən pozğunluqlar: qaşınan sulu (ekzemaya bənzər) və ya qaşınan, al qırmızı (lixenoid) dəri səpgiləri. Skelet-əzələ və birləşdirici toxumada baş verən pozğunluqlar: oynaqlarda ödem olmaqla və ya ödemçsiz zəif oynaq ağrıları, əzələ ağrıları.
Reproduktiv sistemdə və süd vəzilərində baş verən pozğunluqlar: impotensiya, spermanın xaric olmasının pozulması.
Hər hansı əlavə təsir, ocümlədən bu içlik vərəqədə qeyd edilməyən istənilən əlavə təsir meydana çıxarsa, bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Həmçinin əlavə təsirlər barədə bilavasitə, dərman vasitələtrinin əlavə təsirlərinin milli qeydiyyat sisteminə məlumat vermək mümkündür.
Belə məlumatların sayəsində preparatın təhlükəsizliyi barədə daha çox informasiya əldə etmək olar.
Doza həddinin aşılması
Dopegit preparatını həkim təyin edən dozadan artıq dozada qəbul etdikdə, dərhal həkimə və ya ən yaxın xəsdəxananın təcili yardım şöbəsinə müraciət etmək lazımdır. Bu içlik vərəqəni və əldə olan Dopegit preparatlarını həkimə göstərmək lazımdır.
Doza həddinin əhəmiyyətli dərəcədə aşılmasının simptomları: arterial təzyiqin qəflətən aşağı düşməsi, həddən artıq yuxuya meyillilik, zəiflik, nəbzin tezliyinin azalması (bradikardiya). baş gicəllənmə, qəbizlik, qarının köpməsi, qazlarla həddindən artıq dolması, ishal, ürək bulanma, qusma
Rəylər (0)