İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
İltihab və revmatizmin degenrativ formaları. Oynaqdankənar revmatizm. Kəskin podoqra. Birincili dismenoreyanın simptomatik müalicəsi. Posttravmatik iltihab və şişkinlik.
ƏKS GÖSTƏRİŞLƏR:
- əgər peptik xora xəstəliyindən həssaslıq varsa;
- müəyyən edilmiş ürək xəstəliyi və yaxud beyin-damar xəstəlikləri, ürək tutmaları, beyin damarları tutması;
- hal-hazırda və yaxdu nəvaxtsa qan dövranı pozğunluğu ilə əlaqədar hallar.
DİKLOFENAKI qəbul etməzdən əvvəl aşağıda qeyd edilmiş hallardan həkiminizin xəbərdar olmasından əmin olun:
- siqaret çəkirsinizsə;
- şəkərli diabetdən əziyyət çəkirsinizsə;
- hamiləliyin üçüncü trimestrində;
- stenokaridya, damar tutulmaları, arterial təzyiq.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Böyüklər: gündə 100-150 mq 2 və 3 tablet başlanğıc doza gündə 100 mq təşkil edir. 2-3 dəfəyə qəbul edilir.
Uşaqlar: uşaqlarda və 14 yaşdan kiçik yeniyetmələrdə istifadəsi məsləhət görülmür.
Yaşlılar: müalicəyə mümkün olan kiçik doza ilə başlamaq lazımdır. Dozalanma rejimi həkim tərəfindən təyin edilməlidir.
ƏLAVƏ TƏSİRLƏR:
- Mədə-bağırsaq traktına: ürəkbulanma, qusma, diareya;
- Ürək-damar sisteminə: - odem, taxikardiya, hipertenziya, yuxusuzluq;
- Dəriyə: dəri səpgisi və ya səpmə, ekzema, saçların tökülməsi;
- Böyrəklərdə: sidiyin dəyişməsi, nefrotik sidnrom;
DOZA HƏDDİNİN AŞILMASI:
Doza həddinin aşılması zamanı aşağıdakı əlamətlər meydana çıxa bilər: abşağrısı, əzələ spazmı, ataksiya, qıcolmalar, xüsusən uşaqlarda.
Təcili tədbirlər: diklofenak intoksikasiyanın müalicəsi əsasən simptomatik və dəstəkləyicidir. Mədəyuyulması və aktivləşdirilmiş kömürün təyini.
Rəylər (0)