İstifadəsinə göstərişlər:
DOLEKS - QSİƏP qrupundan olan ağrıkəsici vasitədir. Osteoartrit (oynaqlarda zədələnmə və kalsifikasiya), revmatoid artrit (oynaqların iltihabı xəstəliyi) və ankilozlaşdırıcı spondilit (dah çox onurğa oynaqlarında rigidliklə müşaiyət olunan ağrılı inkişaf edən revmatizim) əlamətlərinin və simptomlarının müalicəsi ilə kəskin podaqra artriti (podaqra xəstəliyinə görə oynaqların ağrılı iltihabı), skelet-əzələ sisteminin kəskin ağrılarının (məsələn, bel ağrısı), postoperavit ağrının (əməliyyatdan sonrakı ağrının) və dismenoreyanın (ağrılı aybaşı dövürlərinin) və diş ağrısının müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər:
Əgər, Deksketoprofen trometamola və ya DOLEKS-in köməkçi maddələrindən hər hansı birinə qarşı allergiyanız varsa (yüksək həssaslıq). Asetilsalisil turşusuna və ya digər QSİƏP-ə qarşı allergiyanız varsa, Əgər astmanız varsa, ya da keçmişdə aspirin və ya digər QSİƏP-dən istifadə etdikdən sonra asma tutması. Kəskin allergik rinit (allergiya nəticəsində burunda qısa müddətli iltihab), burunda poliplər (burun boşluğunda allergiya nəticəsində yaranan kütlələr), övrə (dəridə səpgi), allergiya nəticəsində üz və boğazın şişməsi (üzün, gözlərin, dodaqların və ya dilin şişməsi, nəfəs almaqda çətinlik) və ya sinədə xırıltı baş vermişdirsə. Ketoprofen (QSİƏP) və ya fibratan (qanda aterogen lipoproteinləri azaltmaq üçün istifadə olunan dərman) istifadə zamanı fotoallergik və ya fototoksik reaksiyalardan (günəşə məruz qalan dərinin qızarması və/və ya suluqlanması kimi əlamətlər) şikayətlənitrsinizsə. Mədə xorası (mədə bağırsaq yarası), mədə və ya bağırsaq qanaxması və ya davam edən həzm problemləri (məsələn, mədə pozğunluğu, sinədə yanma hissi) varsa və ya əvvəllər mədə və ya bağırsaq qanaxması, xoralar (mədə-bağırsaq yaraları) və ya perforasiya olmuşdursa. Həzm sisteminizdə davamlı problemləriniz varsa (məsələn, mədə pozğunluğu, qıcqırma). Əvvəllər QSİƏP-dən ağrıkəsici kimi istifadə zamanı mədə və ya bağırsaq qanaması və ya perforasiya keçirmisinizsə. Davamlı iltihabı bağırsaq xəstəliyiniz varsa (Kron xəstəliyi və ya xoralı kolit). Ağır ürək çatışmazlığı, orta və ya ağır böyrək və ya ağır qaraciyər probleminiz varsa. Qanaxma pozğunluğunuz və ya qanınızın laxtalanma pozğunluğu varsa. Qusma, ishal və ya qeyri kafi maye qəbulu (bədəndə çox miqdarda maye itkisi) nəticəsində ağır dehidratasiyanız (orqanizmin susuzlaşması) varsa. Hamiləliyin üçüncü trimestrindəsiniz və ya südəmər uşağınız varsa. Koronar arteriya əməliyyatı keçirmisinizsə (koronar arteriyanın şuntlanması), preparatı əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyatdan sonra ağrıların müalicəsində istifadə etməyin.
İstifadə qaydası və dozası:
Həmişə DOLEKS-i həkiminizin dediyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizə və ya əczacıya müraciət edin. Tabletləri kifayət qədər su ilə qəbul edin. Ağrınız güclüdürsə və ağrını daha sürətlə aradan qaldırmaq lazımdırsa, tabletin sorulması daha asan olacağı üçün onu ac qarına qəbul edin - yeməkdən ən azı 30 dəqiqə əvvəl (bax: "Qida və içkilərlə birlikdə istifadəsi"). DOLEKS-in lazım olan dozası ağrının növündən, şiddətindən və müddətindən asılıdır. Həkiminiz gündə neçə tablet və nə qədər müddətə qəbul etməli olduğunuzu söyləyəcək. Tövsiyə olunan doza adətən gündə 3 tabletdən (75mq) çox olmaqla, hər 8 saatdan bir 1 tablet (25 mq) təşkil edir. Müxtəlif yaş qrupları: Uşaq və yeniyetmələrdə istifadəsi: Uşaq və yeniyetmələrdə istifadəsi DOLEKS istifadə edilməməlidir. Yaşlılarda (65 yaş və yuxarı) istifadəsi: Yaşlısınızsa, gündə 2 tabletdən (50 mq) çox olmayan doza ilə müalicəyə başlamalisınız. DOLEKS-ə dözümlülüyünüz yaxşıdırsa, yaşlı xəstələrdə bu başlanğıc doza adi tövsiyə olunan dozaya (75 mq) qədər artırıla bilər. Xüsusi hallarda istifadəsi. Böyrək/qaraciyər çatışmazlığı: Böyrək və ya qaraciyər probleminiz varsa, gündə 2 tabletdən (50 mq) çox olmayan doza ilə müalicəyə başlamalısınız. Qida və içkilərlə birlikdə istifadəsi: Tabletləri kifayət qədər su ilə qəbul edin. Tabletləri qida ilə birlikdə qəbul etmək mədə və ya bağırsaqda baş verə biləcək əlavə təsirlərin riskini azaltmağa kömək edir. Lakin, əgər kəskin ağrınız varsa, tabletləri acqarna qəbul edin. Dərmanın yeməkdən ən azı 30 dəqiqə əvvəl qəbul edilməsi dərmanın daha tez təsir göstərməsinə kömək edir. DOLEKS-i istifadə etməyi unutmusunuzsa: Növbəti dozanı mümkün qədər tez qəbul edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Əgər DOLEKS-in təsirinin çox göclü və ya zəif olduğunu müşahidə edirsinizsə, bunu həkiminizə və ya əczaçıya bildirin.
Əlavə təsirləri:
Bütün dərmanlar kimi DOLEKS-in tərkibində olan maddələrdən hər hansı birinə qarşı həssas olan insanlarda əlavə təsirlər meydana çıxa bilər. Mümkün əlavə təsirlər baş vermə tezliyinə görə aşağıda verilmişdir.
Tez-tez baş verən əlavə təsirlər: Müalicə olunan 10 xəstənin birindən azında, lakin 100 xəstənin birindən çoxunda meydana çıxa bilər.
Bəzən baş verən əlavə təsirlər: Müalicə olunan 100 xəstənin birindən azında, lakin 1000 xəstənin birindən çoxunda meydana çıxa bilər.
Nadir hallarda baş verən əlavə təsirlər: Müalicə olunan 1000 xəstənin birindən azında, lakin 10 000 xəstənin 1-dən çoxunda meydana çıxa bilər.
Çox nadir hallarda baş verən əlavə təsirlər: Tək-tək verilən məlumatlar daxil olmaqla, 10 000 xəstənin birindən azında meydana çıxa bilər.
Tez-tez baş verən əlavə təsirlər: Ürək bulanma və/və ya qusma, qarın ağrısı, ishal, həzm problemləri. Bəzən baş verən əlavə təsirlər: Baş dönmə, baş gicəllənmə, yuxululuq, yuxunun pozulması, qıcıqlanma, baş ağrısı, ürək döyünmə, qızartı, mədə ilə bağlı problemlər, qəbizlik, ağızda quruluq, qarın köpməsi, dəri səpgisi, yorğunluq, ağrı, qızdırma və tirəmə hissi, ümumi nasazlıq halsızlıq hissi. Nadir hallarda baş verən əlavə təsirlər: xora xəstəliyi, xoranın perforasiyası və ya qanaması, bayılma, qan təzyiqinin yüksəlməsi, çox yavaş tənəffüs, orqanizimdə suyun ləngiməsi və bədənin periferik nahiyələrində ödem (məsələn, topuqda ödem), işdahsızlıq, hisslərdə anormallıqlar, qırtlaq nahiyyəsində ödem ( boğazın ödemi), ani inkişaf edən böyrək pozğunluğu (kəskin böyrək pozğunluğu), qaraciyər hüceyrələrinin zədələnməsi, qaşınan səpgi, sızanaqlar, tər ifrazının artması, bel ağrısı, tez-tez sidiyə getmə, menstural pozğunluqlar, prostatla bağlı problemlər, qaraciyərin funksional testlərinin anormal nəticə verməsi.
Çox nadir hallarda baş verən əlavə təsirlər: Anaflaktik reaksiya, Dəridə, ağızda, gözdə və cinsiyyət orqanlarında açıq yaralar, üzdə, və ya dodaqlarda və boğazda şişkinlik, tənəffüs yollarının daralması, sürətli ürək döyünmə, qan təzyiqinin aşağı düşməsi, mədə altı vəzinin iltihabı, qaraciyər hüceyrələrinin zədələnməsi, bulanıq görmə, qulaqlarda cingilti, dəridə həssaslıq, işığa qarşı həssaslıq, qaşınma, böyrək problemləri, ağ qan hüceyrələrinin miqdarının az olması, trombositlərin miqdarının az olması. Əvvəllər iltihabəleyhinə dərmanların uzun müddət istifadəsi nəticəsində Sizdə əlavə təsir meydana çıxmışdırsa və Siz müalicənin əvvəlində qarın/bağırsaq əlavə təsirlərini görsəniz xüsusilə yaşlısınızsa, ağızda və ya cinsiyyət nahiyəsində hər hansı bir dəri səpgisi və ya hər hansı bir zədələnmə və ya allergiya əlamətləri görən kimi DOLEKS-in istifadəsini dayandırın. QSİƏP-larla müalicə zamanı mayenin ləngiməsi və şişkinlik, qan təzyiqinin yüksəlməsi və ürək çatışmazlığı qeyd edilmişdir. DOLEKS kimi dərmanlar infakt və ya insult riskinin bir qədər artmasına səbəb ola bilər. İmmun sisteminin birləşdirici toxumanı zədələyən pozğunluğu olan xəstələrdə iltihabəleyhinə dərmanlar nadirb hallarda qızdırma, baş ağrısı və boyun əzələlərinin rigidliyinə səbəb ola bilər. Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı bir əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması:
Əgər DOLEKS-dən istifadə etməli olduğunuzdan çox istifadə etmisinizsə, həkim və ya əczaçı ilə məsləhətləşin. Lütfən, dərmanın qablaşdırmasını həkiminizə və ya əczaçıya göstərmək üçün özünüzlə götürün.
Rəylər (0)