İstifadəsinə göstərişlər:
Reproduktiv yaşda olan qadınlarda androgenə həssaslıqla və ya hirsutizmlə əlaqəli orta və şiddətli sıznaqların müalicəsi
Bu preparat sızanaqların müalicəsi üçün yalnız topikal terapiya və ya sistemik antibiotik müalcəsi uğursuz olduqdan sonra istifadə olunmalıdır.
Androgenləşmə simptomları olan qadınlarda kontrasepsiya
Əks göstərişlər:
Tromboz və hal-hazırda ya anamnezində tromboemboliya olanlar.
Hal-hazırda və ya anamezində trombozdan əvvəlki vəziyyətlər olanlar.
Venoz ya arterial trombozaqarşı irsi və yaz qazanılmı meyillilik, C aktiv zülala rezistentlik daxil olmaqla, antitrombin 111 defisiti, protein C və ya protein S defisiti, hiperhomosisteinemiya, fosfolipidlərə qarşı anticisimlər.
Anamnezində ocaqlı nevroloji simptomlarla miqren.
Diabetik angiopatiya ilə şəkərli diabet.
Qaraciyərin ağır xəstəlikləri.
Səbəbi bilinməyən vaginal qanaxmalar.
Hamiləlik və ya ona şübhə olduqda.
Laktasiya dövrü.
35 yaşdan yuxarı siqaret çəkən pasiyentlər.
Preparatın komponentlərinə həssaslığın artması.
Başqa bir hormonal kontraseptivlər eyni vaxtda istifadə.
İstifadə qaydası və dozası:
Tabletlər qutuda göstərilmiş qayda ilə, hər gün eyni vaxtda, bir qədər su ilə daxilə qəbul edilməlidir.21 gün davamlı olaraq gündə 1 tablet qəbul edin. 7 günlük fasilədən sonra növbəti qutuya keçmək olar.
Effektiv kontrasepsiyanı təmin etmək və terapvik effekt əldə etmək üçün Divasteron müntəzam qəbul edilməlidir.
Divasteronun dozalanma rejimi bir çox digər oral hormonal kontraseptivlərlə eynidir.
Rəylər (0)