İstifadəsinə göstərişlər
Pəhrizə və digər qeyri- farmakoloji tədbirlərə uyğun reaksiya verməyən ilkin hiperxolesterinemiyalı, heteroziqot hiperxolesterinemiyalı və kombinə olunmuş hiperlipidemiyalı böyüklərdə, yeniyetmələrdə və 10 yaşdan yuxarı uşaqlarda yüksəlmiş ümumi xolesterenin, ASLP-xolesterinin, apolipoprotein B-nin və triqliseridlərin səviyyəsinin azaldılması üçün pəhrizə əlavə qismində təyin edilir.
Əks göstərişlər
Hamiləlik və hamiləliyin planlaşdırılması, laktasiya dövrü
-Əgər DISLIPTIN-ə və ya buna bənzər hipolidemik dərmanlara, yaxud onların tərkibindəki köməkçi maddələrə qarşı yüksək həssaslıq
-Qaraciyər çatışmazlığı
-Qaraciyərin funksional pozğunluğu
İstifadə qaydası və dozası
-DİSLİPTİN -in adi başlanğıc dozası böyüklərdə və 10 yaşdan yuxarı uşaqlarda 10 mq-dır.
-Dərmanı zəruri miqdarda qəbul etdiyiniz müəyyənləşənədək bu doza artırıla bilər. Həkiminiz dozanı 4 həftə və daha artıq intervallarla təmizləyəcəkdir. DİSLİPTİN -in maksimal dozası böyüklərdə gündə bir dəfə 80 mq, uşaqlarda gündə 1 dəfə 20 mq-dır.
-DİSLİPTİN -lə müalicəyə başlamazdan əvvəl, qanda xolesterinin miqdarını azaltmaq üçün standart pəhrizə başlanmalı və DİSLİPTİN -lə müalicə müddətində bu pəhriz davam etdirilməlidir.
-Bu dərmanı hər zaman həkiminizin və ya əczaçınızın təyin etdiyi qaydada dəqiqliklə qəbul edin. Əmin olmadığınız halda həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
İstifadə metodu və qaydası
-DİSLİPTİN bir miqdar su ilə tam şəkildə udulmalıdır.
-Dozalar günün istənilən vaxtında, qida qəbulundan asılı olmayaraq qəbul edilə bilər.
-Buna baxmayaraq, preparatı hər gün eyni vaxta qəbul etməyə çalışın.
Doza həddinin aşılması
DİSLİPTİN -in doza həddinin aşılması zamanı hər hansı spesifik müalicə yoxdur. Doza həddinin aşılması baş verdikdə xəstə simptomatik müalicə olunmalı və tələb olunan dəstəkləyici tədbirlər həyata keçirilməlidir. Qaraciyərin funksional sınaqları yoxlanmalı və KFK-in səviyyələrinə nəzarət edilməlidir. Atorvastatin plazmanın zülalları ilə xeyli dərəcədə birləşdiyi üçün, hemodializin atorvastatinin klirensinə əhəmiyyətli təsiri gözlənilmir.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, DİSLİPTİN -in tərkibindəki hər hansı maddəyə qarşı yüksək həssaslığı olan xəstələrdə bu dərman əlavə təsirlərə səbəb ola bilər.
Əgər aşağıdakı əlavə təsirlərdən hər hansı birini özünüzdə müşahidə edirsinizsə, DİSLİPTİN -in qəbulunu dayandırın və DƏRHAL həkiminizlə əlaqə saxlayın, yaxud yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edin:
-Angionevrotik ödem (üzün, dilin və boğazın şişməsi və nəticədə mümkün ola bilən tənəffüsün ağır dərəcədə çətinləşməsi). Bu əlamətlərdən hər hansı biri sizdə mövcuddursa, həkiminizə bildirin.
-Qızdırma ilə müşaiyət olunan ciddi xəstəlik vəziyyəti; dərinin, ağızın, gözlərin, cinsiyyət orqanlarının ağır dərəcəli qabıqlanması, şişməsi və qabarcıqlanması.
-Xüsusən ovuclarda ayaq altı nahiyələrdə çəhrayı-qırmızı rəngli ləkələrlə, bəzən qabarcıqların yaranması ilə xarakterizə olunan səpgilər.
-Xəstələrdə nadir hallarda əzələ zəifliyi və ya infeksiya müşahidə edilir və nadir hallarda bunlar həyat üçün potensial təhlükəli vəziyyətdə (rabdomiolizə) çevrilə bilər. Əgər yorğunluq və qızdırma ilə birlikdə əzələ zəifliyi, əzələlərdə həssaslıq və ya ağrı hiss edirsinizsə, DİSLİPTİN -dən etməyi dayandırın.
Rəylər (0)