İstifadəsinə göstərişlər:
İltihab və ödemlə müşayət olunan kəskin ağrılı vəziyyətlər: revmatoid artrit, ankilozlaşan spondilit, osteoartroz, spondiloartrit, osteoxondroz, lümbaqo, radikult, tendovaginit, bursit, yumşaq toxumaların revmatik zədələnmələri, nevrit, nevralgiyalar, mialgiya, travmadan və əməliyyatdan sonrakı dövrdə, kəskin podaqra tutmaları, ağır miqren tutmaları, böyrək və qara ciyər sancıları.
Əks göstərişlər:
Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq: kəskin qastrit: mədə və 12-barmaq bağırsaq xorasının kəskin dövrü: kəskin miokard infarktı: dekompensasiya fazasında olan xroniki ürək çatışmamazlığı: mədəcik aritmiyaları: hipertoniya: kəskin astma tutmaları: hemorragik diatezlər: böyrək, qara ciyər və ya qalxanvarı vəzinin funksiyalarının ağır zədələnmələri: virus infeksiyaları: sistem göbələk infeksiyaları: 12 yaşdan kiçik uşaqlar, podaqra, hepatit A və B, vaksinasiya dövrü, sistem koaqulyantlarla müalicə.
İstifadə qaydası və dozası:
Doza xəstəliyin gedişatından və xəstənin kliniki statusundan asılı olaraq seçilir.12yaşdan yuxarı şəxslərə preparat gündə 1-2 ampul olmaqla əzələ daxilinə təyin olunur.İnyeksiya nahiyəsində diskomfortun və ya yerli əlavə təsirlərin rast gəlməməsi üçün yerli aseptika qaydalarına riayət etmək məsləhətdir.İnyeksiya mümkün qədər dərinə və tədricən yeridilməlidir.Yeritdikdən sonra inyeksiya nahiyəsini ehtiyatla masaj etmək lazımdır.
Rəylər (0)