İstifadəsinə göstərişlər:
Arterial hipertenziya
Postinfarkt vəziyyət
Sol mədəcik çatışmazlığı və/və sol mədəciyin sistolik disfunksiya əlamətləri, simptomları və rentgenoloji nəticələri olan klinik stabil xəstələrdə miokard infarktından sonra.
Ürək çatışmazlığı
Ürək-damar riski zamanı qlükozaya qarşı pozulmuş tolerantlıqla və hipertenziya ilə böyük xəstələr
Ürək-damar pzğunluqları riski olan, qlükozaya qarşı pozulmuş tolerantlıq və arterial hipertenziyası olan böyük xəstələrdə, 2-ci tipli diabetə qədər proqressivləşmənin dayandırılması üçün həyat tərzinin dəyişdirilməsinə əlavə olaraq.
Əks göstərişlər:
Hamiləlik və laktasiya dövrü.
Uşaqlar.
II tip şəkərli diabeti olan xəstələrdə angiotenzin reseptorlarının blokatorlarının, o cümlədən Diovan -ın və ya angiotenzinçevirici fermentin inhibitorlarının aliskirenlə eyni zamanda istifadəsi.
İstifadə qaydası vəı dozası:
Arterial hipertenziya
Diovan-ın tövsiyə olunan başlanğıc dozası gündə 80 və ya 160 mq təşkil edir. Antihipertenziv təsir 2 həftə ərzində, maksimal təsir isə - 4 həftədən sonra əldə olunur.
Postinfarkt vəziyyət
Müalicə miokard infarktından artıq 12 saat sonra başlanıla bilər. Valsartanın gündə 2 dəfə 20 mq başlanğıc dozasından sonra dozanı sonrakı bir neçə həftə ərzində 40 mq-a, 80 mq-a və 160 mq-a qədər artırmaq lazımdır.
Ürək çatışmazlığı
Başlanlanğıc dozası gündə 2 dəfə 40 mq təşkil edir. Dozanın gündə 2 dəfə 80 mq və ya 160 mq-a qədər artırılması iki həftədən az olmayan intervallarla pasiyentin dözümlülüyünə müvafiq olaraq həyata keçirilməlidir.
Doza həddinin aşılması:
Diovan-ın doza həddinin aşılması nəticəsində aydın ifadə olunmuş hipotenziya inkişaf edə bilər, hansı ki, şüurun tormozlanmasına, damar kollapsına və/və ya şoka gətirib çıxara bilər.
Arterial hipertenziyalı böyük xəstələrdə aparılan nəzarət olunan klinik tədqiqatlardaəlavə reaksiyaların ümumi tezliyi plasebo ilə müqayisə olunan səviyyədə olmuşdur və valsartanın farmakologiyasına müvafiq olaraq qiymətləndirimişdir. Əlavə təsirlərin başvermə tezliyi doza və ya müalicə müddətindən asılı olaraq dəyişməmiş və cins, yaş və həmçinin irqi mənsubiyyət ilə əlaqəsi aşkar edilməmişdir.
Rəylər (0)