İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Preparatdan tənəffüs yolların iltihabi xəstəlikləri zamanı qıcıqlandırıcı və spastik öskürəyin simptomatik müalicəsi üçün istifadə olunur.
ƏKS GÖSTƏRİŞLƏR:
- preparatın təsiredici və ya köməkçi maddələrinə qarşı;
- kəskin astmatik tutmalar;
- yüksək gözdaxili təzyiq;
- prostat vəzinin böyüməsi;
- sidikqovuu yolların daralması;
- ağır böyrək və qaraciyər pozğunluqları;
- stenozlaşmış peptik xora;
- metabolik alkoloz;
6 yaşa qədər uşaqlarda istifadə olunmur!
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Şərbət daxilə qəbul edilir.
Böyüklər və 14 yaşdan yuxarı yeniyetmələr: gündə 3-4 dəfə və hər dəfə 5-10 ml;
9-14 yaşlı uşaqlar: gündə 3-4 dəfə hər dəfə 5 ml;
6-8 yaşlı uşaqlar: gündə 3-4 dəfə hər dəfə 2,5-5 ml;
Dərman effektinin çox güclü və ya çox zəif olmasını hiss etdikdə, müalicə həkimi ilə məsləhətləşin.
ƏLAVƏ TƏSİRLƏRİ:
- halsızlıq, yorğunluq, başgicəllənmə, qıcolmalar, narahatlıq, qan təzyiqin düşməsi, burunda, ağızda və boğazda quruluq, burunun tutulması, tənəffüsün çətinləşməsi, ürəkbulanma, qusma, qəbizlik, diareya, qulaqlarda küy, artmış həssaslıq.
DOZA HƏDDİNİN AŞILMASI:
Başgicəllənmə, yuxululuq, koordinasiyanın pozulması, narahatçılıq, qıcıqlanma, qıcolmalar, dərinin qızarması, mədə-bağırsaq pozulmaları kimi simptomlar əmələ gələ bilər.
Rəylər (0)