İstifadəsinə göstərişlər:
Dayaq-hərəkət aparatının xəstəliklərinin, podaqra artriti, yumşaq toxumaların revmatik zədələnməsi, periferik oynaqların və onurğanın osteoartrozu, eləcə də radikulyar sindromla, tendovaginit, simptomatik müalicəsi.
Preparat müalicə zamanı ağrını və iltihabı aradan qaldırır və ya azaldır və xəstəliyin irəliləməsinə təsir etmir.
Zəif və ya orta güclü ağrı sindromu: nevralgiya, mialgiya, lümboişialgiya, iltihabla müşayiət edilən posttravmatik ağrı sindromu, başağrısı, miqren, adneksit, proktik, diş ağrısı.
Əks göstərişlər:
Aktiv maddəyə və ya köməkçi komponentlərə qarşı hiperhəssaslıq
Bronxial astmanın, burun və burunətrafı ciblərin residivləşən polipozunun və asetilsalisil turşusuna və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara qarşı dözümsüzlüyün tam və ya natamam birləşməsi
Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasının eroziv-xoralı dəyişiklikləri, aktiv mədə-bağırsaq qanaxması
Bağırsağın iltihablı xəstəliklərinin kəskinləşmə fazası
Aortokoronar şuntlamanın keçirilməsindən sonrakı dövr
Hamiləliyin III trimestri, ana südü ilə qidalandırma dövrü
Ürəyin işemik xəstəliyi
18 yaşadək uşaqlar.
İstifadə qaydası və dozası:
Diklofenak qəbul edən bütün pasiyentlər də simptomların intensivliyinin azaldılması üçün tələb olunana maksimal qısa müddət ərzində minimal effektiv dozada istifadə etmək lazımdır.
Daxilə, çeynəmədən, yemək zamanı və ya yeməkdən sonra, üzərindən kifayət qədər su içməklə.
Gündə 1 dəfə 1 tablet. Preparatın əlavə qəbulu tələb olunduqda 50 mq-lıq tabletlərdən istifadə edirlər. Maksimal sutkalıq dozası - 150 mq.
Rəylər (0)