İstifadəsinə göstərişlər:
DİFLUDERM dərinin yüksək iltihabı xəstəlikləri ilə müşaiyət olunan səthi göbələk infeksiyalarının başlanğıc və ya aralıq mərhələsinin müalicəsində xaricə istifadə edilir.
Əks göstərişlər:
-Əsas təsir edici maddələr izokonazol nitrata, diflukortolon valerata və ya bu dərmanın tərkibinə daxil olan hər hansı köməkçi maddəyə qarşı allergiya varsa,
-Vərəm və ya sifilis; virus infeksiyaları üz dərisinin xronik iltihabı dəri xəstəliyi, ağız ətrafındakı dərinin iltihabı və ya müalicə olunacaq nahiyənin dərisində peyvənddən sonrakı dəri reaksiyası vardırsa.
İstifadə qaydası və dozası:
DİFLUDERM gündə 2 dəfə istifadə edilməlidir.
İstifadə qaydası
DİFLUDERM dərinin zədələnmiş nahiyələrinə yaxılmaqla yerli istifadə edilir.
Doza həddinin aşılması:
Dəridə birdəfəlik istifadə zamanı doza həddinin aşılması nəticəsində və ya bilməyərəkdən daxilə qəbul zamanı kəskin intoksikasiyanın istənilən riskini gözləmək olar.
Əlavə təsirləri:
İmmun sistemində baş verən pozğunluqlar
Nadir: allergik kontakt dermatit.
Dəridə və dərialtı toxumada baş verən opozğunluqlar.
Nadir: follikulit, hipertrixoz, perioral dermatit, dərinin rəngsizləşməsi, qaşınma, yanma hissi, bişməcə kimi yerli simptomlar.
Rəylər (0)