İstifadəsinə göstərişlər:
Göz cərrahiyyəsi
DİFED 0,05%, yerli istifadə üçün kortikosteroid olub, göz cərrahiyyəsi ilə bağlı iltihabın və ağrının müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər:
Digər oftamoloji kortikosteroidlərlə olduğu kimi, epitelial herpes simpleks keratiti, inək çiçəyi və su çiçəyi daxil olmaqla buynuz qişanın və konyuktivanın aktiv virus xəstəliklərinin əksəriyyətində, həmçinin gözün və göz strukturlarının mikobakterial infeksiyalarında və göbələk xəstəliklərində DİFED-nun istifadə edilməsi əks göstərişdir.
İstifadə qaydası və dozası:
Əməliyyatda 24 saat sonra başlayaraq və əməliyyatdan sonrakı dövrün 2 həftəsində davam etdirməklə gündə 4 dəfə zədələnmiş gözün konyunktival kisəciyinə bir damcı damızdırılır, sonra bir həftə ərzində gündə 2 dəfə, sonra da müalicəyə cavabdan asılı olaraq damızdırılır.
14 gün ərzində gündə 4 dəfə zədələnmiş gözün konyunktival kisəciyinə bir damcı damızdırılır, sonra klinik göstərişlərə müvafiq olaraq, damcılar azaldılır.
Doza həddinin aşılması:
Bu dərman udularsa zərərli ola bilər. Doza həddini aşdığınız zaman, nəfəs almada çətinlik və huşunu itirmə kimi ciddi simptomlar yaranarsa dərhal toksikoloji mərkəzə müraciət edin.
Əlavə təsirləri:
Pasiyentlərin 15%-də baş verən digər okulyar əlavə təsirlərə görmə, itiliyin azalması, nöqtəvi keratit, gözün iltihabı və irit daxildir.
Rəylər (0)