İstifadəsinə göstərişlər:
Diklofleks aşağıdakı xəstəliklərin yerli müalicəsində analgetik və iltihabəleyhinə təsir göstərir:
- Osteoartrit, revmatoidıi artrit, periartrit, tendinit, tenosinovit və bursit kimi revmatik xəstəliklər
- Vətərlərin əzilmə və dartılması kimi yumşaq toxumanın travması
- Ağrı, iltihab və əzələ gərginliyi ilə özünü biruzə verən dayaq dayaq-hərəkət aparatının xəstəlikləri
Əks göstərişləri:
Diklofleks diklofenaka qarşı və ya köməkçi maddələrdən hər hansı birinə qarşı məlum hiperhəssaslığı.
Diklofleks asetilsalisil turşusu və ya ibuprofen kimi digər qeyri-steroid iltihabəleyhinə preparatlardan astma tutması, ürtiker və ya kəskin rinit kimi reaksiyaları olan xəstələrdə istifadəyə əks göstərişdir.
Burun və burunətrafı boşluqların polipozunu, angionevrotik ödemi və ya övrəni residivləşdirən tam və ya natamam bronxial astma və asetilsalisil turşusuna və digər QSİƏP-ə qarşı dözümsüzlük
Hamiləliyin 3-cü trimestri istifadəyə əks göstərişdir.
14 yaşa qədər uşaqlarda və yeniyetmələrdə istifadəyə əks göstərişdir.
İstifadə qaydası və dozası:
Böyüklər:
Diklofleks gündə 3-4 dəfə dərinin ağrılı nahiyəsinə yüngülcə sürtməklə tətbiq olunur. Tələb olunan miqdar ağrılı sahənin genişliyindən asılıdır.Məsələn: təxminən 2-2,5 sm diametrli sahəni müalicə etmək üçün 2-4 qram Diklofleks kifayətdir.Diklofleks formalarına köməkçi vasitə kimi də istifadə edilə bilər
Müalicə müddəti göstərişlərdən və əldə edilən cavabdan asılıdır. Yumşaq toxumalarının zədələnmələrində və ya yumşaq toxumalarının revmatizmində 14 gündən, artrit ağrılarında isə 21 gündən çox istifadə edilməməlidir.
7 günlük istifadədən sonra vəziyyət yaxşılaşmırsa və ya pisləşirsə, həkimə müraciət etmək lazımdır.
İstifadə qaydası:
Dərinin ağrılı nahiyəsinə yüngül bir şəkildə sürtməklə tətbiq olunur.Tətbiq etdikdən sonra əllər yuyulmalıdır.
Xüsusi qrup xəstələr haqqında əlavə məlumat
Böyrək/qaraciyər çatışmazlığı
Böyrək və qaraciyər çatışmazlığı olan xəstələrdə dozaya düzəliş tələb olunmur.
Uşaqlar
14 yaşa qədər uşaqlarda və yeniyetmələrdə Diklofleksin istifadəsinin effektivliyi və təhlükəsizliyi barədə məlumat yoxdur
Yaşlı xəstələr
Diklofleksin yetkin dozaları yaşlılarda istifadə edilə bilər.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply