İstifadəsinə göstərişlər:
Diampa-M böyüklərdə 2-ci tip diabetin müalicəsində pəhriz və idmana əlavə olaraq göstərilir.
-Yalnız metformin hidroxloridin maksimum tolerə edilən dozası ilə kifayət qədər nəzarət oluna bilməyən xəstələrdə;
-Metformin hidroxlorid və digər dərman vasitələri ilə kifayət qədər idarə olunmayan şəkərli diabetin müalicəsində;
-Empaqliflozin və metformin hidroxloridin ayrı-ayrı tabletlər şəklində kombinasiyası ilə müalicə olunan xəstələrdə.
Əks göstərişlər:
Kombinəolunmuş empaqliflozin və metformin hidroxlorid əks göstərişdir.
Empaqliflozin, metformin hidroxlorid və ya preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq;
Orta və ağır böyrək çatışmazlığı, böyrək çatışmazlığının son mərhələsi və ya dializ;
Kəskin və ya xroniki metabolik asidoz, diabetik ketoasidoz insulinlə müalicə edilməlidir.
Diabetik prekoma;
Dehidrasiya, ağırlaşmış infeksiya, şok kimi böyrək funksiyasını dəyişdirmə potensialı olan kəskin hallarda;
Toxuma hipoksiyasina səbəb ola bilən kəskin və ya xronik xəstəliklər;
Qaraciyər çatışmazlığı, kəskin alkoqol intoksikasiyası, alkoqolizm.
İstifadə qaydası və dozası:
Diampa-M preparatının tövsiyə olunan dozası gündə iki dəfə bir tabletdir.
Rəylər (0)