İstifadəsinə göstərişlər:
Monoterapiya: metforminə qarşı dözümsüzlüyü səbəbindən, istifadəsi məqsədəuyğun olmayan pasiyentlərdə tək pəhriz və fiziki yüklənmə adekvat qlikemik nəzarəti təmin etmədikdə.
Kombinə olunmuş müalicə: pəhriz və fiziki yüklənmə adekvat qlikemik nəzarəti təmin etmədikdə.
Əks göstərişlər:
Empaqliflozinə və ya preparatın hər hansı bir maddəsinə qarşı hiperhəssaslıq, ağır böyrək çatışmazlığı, terminal böyrək çatışmazlığı və ya dializ.
İstifadə qaydası və dozası:
Monoterapiya və kombinəolunmuş terapiya
Monoterapiya zamanı və insulin daxil olmaqla digər qlükozanın səviyyəsini azaldan dərman vasitələri ilə kombinasiyada preparatın tövsiyə olunan başlanğıc dozası qida qəbulundan asılı olmayaraq gündə 1 dəfə 10 mq-dır.
Doza həddinin aşılması:
2-ci tip diabetli pasiyentlərdə 100 mq çox empaqliflozinin gündəlik dozası heç bir toksik təsir göstərməyib.
Əlavə təsirləri:
Çox tez-tez: hipoqlikemiya.
Tez-tez: vaqinal kandidoz, vulvovaqinit, balanit və digər genital infeksiyalar, sidik yollarının infeksiyaları, qaşınma, və sidik miqdarının artması.
Bəzən: övrə, hipovolemiya, dizuriya və qanda kreatinin səviyyəsinin artması.
Rəylər (0)