İstifadəsinə göstərişlər:
Böyüklərdə periferik diabetik polineyropatiya simptomlarının müalicəsi.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Diakrin uşaqlara və 18 yaşa qədər yeniyetmələrdə əks göstərişdir, belə ki, bu kateqoriya pasiyentlərdə istifadəsinə dair klinik təcrübə yoxdur.
İstifadə qaydası və dozası:
Məsləhət görülən doza: sutkada 600 mq tiokt turşusu. Gündəlik dozanın hamısını birinci qida qəbuluna qədər 30 dəqiqə öncə qəbul etmək lazımdır.
Xəstəliyin ağır simptomları olan pasiyentlərə tiokt turşusunun başlanğıc infuzion terapiyası məsləhət görülə bilər.
Rəylər (0)