İstifadəsinə göstərişlər:
Böyüklərdə periferik diabetik polineyropatiyanın simptomlarının müalicəsi.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Məsləhət görülən doza: 50 ml məhlul sutkada 1 dəfə. İlkin mərhələdə müalicənin müddəti 2-4 həftə təşkil edir.
İstifadə qaydası:
Diakrini venadaxili asta-asta yeritmək vacibdir.
Diakrini infuzomatın köməyilə yeritmək olar, bu halda venadaxili infuziyanın müddəti 12 dəqiqədən az olmamalıdır.
12 dəqiqədən az olmamasına ciddi nəzarət etmək vacibdir.
Uşaqlar və yeniyetmələr
Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə istifadəsi əks göstərişdir.
Doa həddinin aşılması:
Tiokt turşusu ilə doza həddinin aşılması zamanı ürəkbulanma, qusma və başağrısı inkişaf edir.
Doza həddinin aşılmasına şübhə olduqda, dərhal hospitalizasiya vacibdir.
Əlavə təsirləri:
Qan və limfa sistemində baş verən pozğunluqlar:
Çox nadir hallarda-trombopatiya.
İmmun sistemində baş verən pozğunluqlar:
məlum deyil-səpgi, övrə, ekzema və qaşınma.
Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar:
Çox nadir hallarda-hipoqlikemiya.
Sinir sistemində baş verən pozğunluqlar:
Bəzən disgevziya; çox nadir hallarda qıcolma, başağrı, başgicəllənmə, hiperhidroz.
Görmə orqanlarında baş verən pozğunluqlar:
çox nadir hallarda diplopiya, görmə dəqiqliyinin pozulması.
Rəylər (0)