İstifadəsinə göstərişlər:
Sürətli effektin əldə edilməsi mümkün olmadığı hallarda bud-çanaq və diz oynaqlarında osteartritin simptomatik müalicəsi.
Klinik təsirlərinin yavaş inkişafı səbəbindən dərman vasitəsinin sürətlə proqressivləşən bud-çanaq və diz oynaqlarının osteoartriti zamanı istifadəsi məsləhət görülmür.
Əks göstərişlər:
Diasereinə, digər antraxinon preparatlara və ya preparatın köməkçi maddələrinə qarşı yüksək həssaslıq, kolopatiya, okklüziv və ya subokkluziv sindrom, səbəbi naməlum ağrılı qarın sindromu, mövcüd qaraciyər xəstəlikləri və anamnezində qaraciyər xəstəliyi olanlar. 15 yaşınadək uşaqlar, hamiləlik və laktasiya dövrü preparatın istifadəsi əks göstərişdir.
Xroniki böyrək çatışmazlığı və bağırsaqların aşağı hissələrinin qıcıqlanması müəyyən olunmuş pasiyentlərdə preparat ehtiyatla təyin edilməlidir.
İstifadə qaydası və dozası:
Diasereinin təyin edilməsi osteoartrit müalicəsində təcrübəsi olan mütəxəssis tərəfindən aparılmalıdır.
Məsləhət görülən doza: gündə 2 dəfə bir kapsul qida qəbulu zamanı. kapsulu bir fincan su ilə bütöv şəkildə udmaq lazımdır.
Bəzi pasiyentlərdə sulu ishalın inkişaf etmə ehtimalına görə müalicənin ilk 2-4 həftəsi ərzində gündə bir dəfə axşam yeməyi zamanı 50 mq dozada diaserein qəbul edilməsi məsləhət görülür. Sonradan diaserein 50 mq olmaqla gündə iki dəfə - səhər və axşam yemək zamanı istifadə edilə bilər.
Terapevtik effektlər 2-4 həftədən sonra müşahidə edilir, klinik əhəmiyyətli yaxşılaşma 4-6 həftə sonra başlayır və effektlər müalicədən sonra təxminən iki ay ərzində saxlanılır.
Diasereinin 65 yaşdan yuxarı pasiyentlərdə istifadəsi məsləhət görülmür.
Yaşlı xəstələr üçün dozanın tənzimlənməsinə ehtiyac yoxdur.
Rəylər (0)