İstifadəsinə göstərişlər:
2-ci tip şəkərli diabet
DİAKOR böyüklərdə yaxşı nəzarət olunmayan 2-ci tip şəkərli diabetin müalicəsi üçün pəhriz və fiziki məşqlərə əlavə olaraq göstərişdir.
- Metforminə qarşı dözümsüzlük olduqda monoterapiya şəklində istifadə oluna bilər.
- 2-ci tip şəkərli diabetin müalicəsi üçün istifadə olunan digər dərman vasitələrinə əlavə kimi istifadə oluna bilər.
Əks göstərişləri:
Təsiredici maddə olan dapaqliflozinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
DİAKOR günün istənilən vaxtı qida ilə birlikdə və ya acqarına, gündə bir dəfə ağızdan qəbul edilməlidir.Tabletlər bütöv udulmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadə qaydası:
Hamiləlik və laktasiya dövründə istifadə olunmamalıdır.
Rəylər (0)