İstifadəsinə göstərişlər:
Kəskin və xroniki vaginitlər, endo/ekzoservisitlərin müalicəsi.
Spesifik etiologiyalı uşaqlıq boynunun həqiqi eroziyalarının müalicəsi.
Uşaqlıq yolu və uşaqlıq boynunun selikli qişasının regenerasiyasını yaxşılaşdırılması üçün destruktiv müalicə metodlarından sonra, əməliyyatdan, doğuşdan sonrakı dövrdə.
İstifadə qaydası və dozası:
İntravaginal.
İstifadədən əvvəl suppozitoriya konturlu qablaşdırmadan çıxarılır.
Böyüklər: 7-10 gün ərzində gündə 2 dəfə 1 suppozitoriya daxil etməli. Lazım gələrsə, müalicə kursunu 20 günə qədər uzatmaq mümkündür.
Uşaqlar və yeniyetmələr:
Dərmanın uşaqlarda istifadəsi ilə bağlı məlumat yoxdur.
Əks göstərişlər:
Dekspantenol, xlorheksidin diqlükonat və ya bölmə 6,1-də sadalanan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Rəylər (0)