İstifadəsinə göstərişlər:
Palpebral və bulbar konyunktivanın, göz qapaqlarının, buynuz qişanın və göz almasının ünseqmentinin qlükokortikosteroidlərə həssas allergik və iltihabı xəstəliklərinin müalicəsi üçün – allergik konyunktivit, qeyri-spesifik səthi keratit, səthi nöqtəvi keratit, herpes zoster keratiti, irit, siklit.Dexat əməliyyatdan sonra,buynuz qişanın zədələnmələrində və həmçinin, keratoplastikadan sonra istifadəoluna bilər.Adenovirusların və bakteriyaların törətdiyi infeksion konyunktivin başlanğıc kəskin mərhələsində digər dərman preparatları ilə birlikdə istifadəoluna bilər.
İstifadə qaydası və dozası:
Gündə 3-6 dəfə konyunktiva kisəsinə 1-2 damcı 0.1%-li DEKSAT damızdırmaq lazımdır.Ağır hallarda gün ərzində hər saatdan bir və axşam hər iki saatdan bir.Qənaət bəxş cavab müşahidə edilən zaman dozanı hər 4 saatdan bir 1 damcıya qədər azaltmaq lazımdır.Sonralar, simptomlara nəzarət etmək üçün hər 6 və ya 8 saatdan bir 1 damcı kifayətdir.Müalicə müddəti klinik nəticədən asılıdır və bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilər.
Rəylər (0)