İstifadəsinə göstərişlər:
Etorikoksib ağrı və iltihabı aradan qaldırmaq üçün istifadə olunur. Etorikoksib böyüklər və 16 yaşdan yuxarı yeniyetmələrdə osteoartritin, revmatoid artritin ankilozlaşdırıcı spondilitin müalicəsi və eləcə də, podaqra xəstəliyi zamanı iltihabi proseslərin simptomlarını aradan qaldırmaq üçün istifadə oluna bilər.
Əks göstərişlər:
Təsiredici maddəyə yaxud hər hansı inqrediyentə qarşı yüksək həssaslıq.
Aktiv peptik xora, yaxud aktiv qastrointestinal qanaxma.
Əvvəllər aspirin və yaxud digər qeyri-steroid iltihabəleyhinə preparatlara, o cümlədən, siklooksigenaza-2 inhibitorlarına qarşı yüksək həssaslıq reaksiyaları baş vermişdir.
İstifadə qaydası və dozası:
Etorikoksib oral təyin edilir, qida ilə bərabər və yaxud onsuz təyin edilə bilər. Bu preparatın təsiri acqarına qəbul zamanı daha tez baş verə bilər.
Osteoartrit
Məsləhət görülən gündəlik doza birdəfəlik 30 mq-dır. Simptomların kifayət qədər yaxşılaşmadığı bəzi xəstələrdə dozanın gündə bir dəfə 60 mq-a qədər artırılması effekti artıra bilər.
Revmatoid artrit
Məsləhət görülən gündəlik doza gündə bir dəfə 60 mq-dır. Simptomların kifayət qədər yaxşılaşmadığı bəzi xəstələrdə dozanın gündə bir dəfə 90 mq-a qədər artırılması effekti artıra bilər.
Ankilozlaşdırıcı spondilit
Məsləhət görülən gündəlik doza kəskin simptomatik dövrdə gündə bir dəfə 60 mq-dır. Simptomların kifayət qədər yaxşılaşmadığı bəzi xəstələrdə dozanın gündə bir dəfə 90 mq-a qədər artırılması effekti artıra bilər.
Doza həddinin aşılması:
Klinik tədqiqatlarda etorikoksibin 500 mq-a qədər birdəfəlik dozasının və 150 mq/gün dozada 21 gün ərzində çoxsaylı dozaların təyini əhəmiyyət kəsb edəcək toksikiliyə səbəb olmamışdır.
Doza həddinin aşılması zamanı adi dəstəkləyici tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur, məsələn, qəbul edilmiş dozanın absorbsiya olunmamış hissəsinin mədə-bağırsaq traktından xaric edilməsi, klinik monitorinq və tələb olunarsa, dəstəkləyici müalicə aparılması.
Əlavə təsirləri:
Hər bir dərman kimi etorikoksib də hamı da olmasa da, müəyyən əlavə təsirlərə səbəb ola bilər.
Təngnəfəslik, sinədə ağrı və ya ödem.
Gözün və dərinin saralması - bu qaraciyər zədələnməsinin əlamətidir.
Güclü və ya daimi qarın ağrısı və ya nəcisin qara rəngə boyanması.
Çox tez-tez:
Qarın nahiyəsində ağrı.
Tez-tez:
Dişlərin çıxarılması zamanı yerinin iltihabi və ağrısı, alveolyar ostit
Mayenin orqanizmdə ləngiməsi hesabına ayaqlarda və pəncədə şişkinlik
Başağrısı, başgicəllənmə
Arterial təzyiqin qalxması
Bronxospazm.
Rəylər (0)