İstifadəsinə göstərişlər:
Arterial hipertenziya.
Ürək çatışmazlığı və sol mədəciyin sistolik funksiyasının pozulması zamanı AÇF inhibitorları ilə birgə kombinasiyada və ya AÇF inhibitorlarına qarşı hiperhəssaslıq zamanı istifadə olunur.
Əks göstərişləri:
Kandesartan sileksetilə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq. Hamiləlik və laktasiya dövrü. Kəskin qaraciyar çatışmazlığı və ya xolestaz. Laktozaya dözümsüzlük, laktaza defisiti və qlükoza-qalaktozalı malabsorbiya sindromu.
İstifadə qaydası və dozası:
Arterial hipertenziya zamanı
Arterial hipertenziya zamanı kandesartanın tövsiyə olunan başlanğıc və dəstəkləmə dozası gündə 1 dəfə 8 mq təşkil edir. Maksimal gündəlik doza - 16 mq. Müalicə arzu olunan arterial təzyiq göstəricisi əldə olunana qədər aparılır.
Yaşlı xəstələrdə
Hipovolemiya zamanı
Tövsiyə olunan doza - 4 mq.
Böyrək çatışmazlığı zamanı
Böyrək çatışmazlığı olan, o cümlədən hemodializli xəstələrdə tövsiyə olunan başlanğıc doza gündə 1 dəfə 4 mq-dır.
Qaraciyər çatışmazlığı zamanı
Yüngül və zəif qaraciyər çatışmazlığı olan xəstələrdə tövsiyə olunan başlanğıc doza - 2 mq/sut. Doza xəstənin reaksiyasından asılı olaraq dəyişdirilə bilər.
Ürək çatışmazlığı zamanı
Tövsiyə olunan başlanğıc doza gündə 1 dəfə 4 mq-dır. Dozanın gündə 1 dəfə 32 mq-a yaxud maksimum mümkün dozaya qədər artırılması onun ən azı 2 həftə intervallarla iki dəfə artırılması yolu ilə aparılır.
Uşaq və yeniyetmələrdə istifadəsi
Uşaq və yeniyetmələrdə kantesartanın təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib.
Doza həddinin aşılması:
Simptomları
Dozadan artıq qəbulun simptomu hipotomiya və başgicəllənmə ola bilər.
Müalicəsi
Simptomatik hipotoniya zamanı xəstənin həyat funksiyasına daimi nəzarət etməklə simptomatik müalicə aparmaq lazımdır.
Əlavə təsirləri:
Klinik tətqiqatlar zamanı əlavə təsirlər zəif və keçici xarakterli və rastgəlmə tezliyinə görə plasebo qrupu ilə müqayisə edilən olmuşdur.
Əlavə təsirlərlə əlaqədar müalicənin dayandırılması halların tezliyi kandesartan sileksetilin və plasebonun istifadəsio zamanı eyni olmuşdur.
İnfeksiya və inavaziyalar
Tez-tez respirator infeksiyalar
Qan yaratma sisteminə
Çox nadir hallarda
Leykopeniya, neytropeniya və arqanulositoz.
Maddələr mübadiləsinə
Çox nadir hallarda: hiperkaliemiya, hiponatriemiya
Sinir sisteminə
Tez-tez başgicəllənmə, baş ağrısı
Tənəffüs sisteminə
Çox nadir hallarda: öskürək
Çox nadir hallarda: qusma.
Rəylər (0)