İstifadəsinə göstərişlər:
Desloradin yuxugətirici təsirə malik olmayan allergiya əleyhinə preparatdır. O, reaksiyalara və onların simptomlarına nəzarət etməyə kömək edir.
Desloradin allergik rinitlərin asqırma, burun axması, qaşınma, ödem və buruntutulması, damağın qaşınması, həmçinin gözlərin qaşınması, qızarması və sulanması kimi simptomları aradan qaldırır.
Desloradin həmçinin dəridə övrə ilə bağlı qaşınmanı, ödem və qızartı kimi simtomları aradan qaldırmaq üçün istifadə olunur.
Bu simtomların yaxşılaşması bütün gün boyu davam edir və sizin gündəlik fəaliyyətinizin və yuxunuzun normal olmasına kömək edir.
Əks göstərişləri:
- Dezloratadinə,loratadinə və ya xüsusilə günəş qürubu sarısı E110 kimi, komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
1 yaşa qədər uşaqlarda istifadəsi.
İstifadə qaydası və dozası:
1-5 yaşlı uşaqlar: gündə 1 dəfə 2,5 ml
6-11 yaşlı uşaqlar: gündə 1 dəfə 5 ml
Böyüklər və yeniyetmələr: gündə 1 dəfə 10 ml
Rəylər (0)