İstifadəsinə göstərişlər:
Boy və ya çəki artımı stimullaşdırılmasını tələb edən vəziyyətlər, məsələn, uşaqlarda boy artımının ləngiməsi və ya kifayət qədər qidalanmama.
Əks göstərişlər:
Təsiredici maddəyə və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Preparat peroral istifadə olunur.
Böyüklərdə tövsiyə olunan doza: 10 ml gündə 3 dəfə.
Pediatriyada tövsiyyə olunan doza: 2 yaşdan 4 yaşa qədər: 5 ml gündə 3 dəfə.
4 yaşdan 6 yaşa qədər: 10 ml gündə 2 dəfə.
6 yaşdan yuxarı: 10 ml gündə 3 dəfə.
Doza həddinin aşılması:
Mədə-bağırsaq əlamətlərinə əlavə olaraq, ağızda quruluq və göz bəbəklərinin genişlənməsi kimi xolinolitik simptomlar meydana çıxa bilər.
Müalicəsi
Qusma və ya mədəni fizioloji məhlulla yuma tövsiyə olunur.
Əlavə təsirləri:
Qan və limfa sistemi pozğunluqları
Leykopeniya, neytropeniya, aqranulositoz.
İmmun sistemi pozğunluqları
Övrə, ödem, çox nadir hallarda Kvinke ödemi.
Tənəffüs sistemi pozğunları
Burun tutulması, dispnoe, bronxial sekretin qatılaşması.
Rəylər (0)