İstifadəsinə göstərişlər:
Preparata həssas olan infeksiya ilə ağırlaşmış və yaxud bu infeksiyalaşmadan şübhəli aşağıdakı hallarda istifadə olunur.
Allergik və adi dermatit
Atopik dermatit
Ekzema, dermatomikoz, xüsusən də qasıq bölgəsində və iri dəri qatlarda yerləşən proseslərdə
Məhdud neyrodermit
Xroniki çəhrayı liken.
Əks göstərişlər:
Preparatın aktiv komponentlərinə qarşı yüksək həssaslıq, dəri vərəmi, sifilis xəstəliyini müşaiət edən dəri səpgiləri, təbii çiçək, vaksinasiya sonrası reaksiya, 2 yaşa qədər uşaqlar.
İstifadə qaydası və dozası:
Ancaq dəri səthinə istifadə olunur.
Zədələnmiş dəri səthinə və ətraf toxumaya, gündə 2 dəfə - səhər və axşam nazik bir təbəqə şəklində yaxılır. Müalicənin təsirli olması üçün dərman müntəzəm şəkildə istifadə olunmalıdır. Müalicə müddəti zədələnmiş ocağın lokalizasiyası və ölçüsündən, həmçinin, orqanizmin dərmana qarşı reaksiyasından asılıdır. Lakin, əgər 4 həftə ərzində xəstədə yaxşılaşma qeyd olunmursa, bu zaman diaqnoz təkrar gözdən keçirilməlidir.
Doza həddinin aşılması
Gentamisinin uzunmüddətli və yüksək dozada istifadəsi rezistend floranın inkişafına səbəb ola bilər.
Əlavə təsirləri:
Nadir hallarda Dermizol-G kreminin istifadəsi zamanı yandırma hissi, eritema, eksudasiya, istifadə olunan nahiyədə dərinin rənginin dəyişməsi, qaşınma, dərinin quruluğu, ikincili infeksiyanın inkişafı qeyd oluna bilər.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply