İstifadəsinə göstərişlər:
Qeyri-müntəzəm ekzemaların qısamüddətli müalicə kursları üçün.
Neyrodermatozlar.
İkincili bakterial infeksiya və ya göbələk infeksiyası olan zaman və ya onların olmasına şübhə olduqda və ya baş verməsi mümkün olduqda, psoriaz.
Az aktiv olan steroidlərlə müalicəyə kifayət qədər cavab verməyən digər iltihabi vəziyyətlər.
Əks göstərişlər:
Rozasea adiçivzə və perioral dermatit, dərinin birincili virus infeksiyası və preparata qarşı yüksək həssaslıq. Çox kiçik uşaqlarda ab-sorbsiyanın artması ehtimalı böyük olduğundan, yenidoğulmuşlarda və körpə uşaqlarda istifadəsi tövsiə olunmur.
İstifadə qaydası və dozası:
Yaxşılaşma baş verənə qədər zədələnmiş nahiyəyə gündə bir və ya iki dəfə az miqdarda istifadə etmək lazımdır. Çox davamlı zədələnmə zamanı, xüsusilə hiperkeratoz zamanı, lazım gələrsə, müalicə olunan sahəni polietilen örtüklü örtməklə Dermasol-N- in iltihabəleyhinə təsiri gücləndirilə bilər. Tibbi müşahidə olmadan, müalicə 7 gündən artıq davam etdirilməməlidir.
Rəylər (0)