İstifadəsinə göstərişlər:
DERMA MF psoriaz ( yayılmış pulabənzər psoriaz istisna olmaqla ) və atopik dermatit zamanı itihabi və qaşıntılı zədələnmələrin müalicəsində istifadə edilir.
Əks göstərişlər:
DERMA MF üzdə çəhrayı civzələr, adi sızanaqlar, dəri atrofiyası, perioral dermatit, perianal və genital qaşınma, uşaq bezi bişməcələri, bakterial ( məsələn, sadə herpes, kəmərləyici dəmrov və suçiçəyi), parazitar və göbələk (məsələn, kandida və ya dermatofit) infeksiyaları, suçiçəyi, vərəm, sifilis və ya peyvənddən sonrakı reaksiyaların müalicəsi üçün əks göstərişdir. Preparat yaralı və xoralaşan dəridə istifadə edilməməlidir. DERMA MF mometazon furoata və ya digər kortikosteroidlərə qarşı yüksək həssaslığı olan xəstələrdə istifadə edilməməlidir.
İstifadə qaydası və dozası:
DERMA MF zədələnmiş dəri nahiyələrinə nazik təbəqə şəklində gündə bir dəfə çəkilir.
Xüsusi əhali qrupları haqqında əlavə məlumat
pediatrik xəstələr qrupu;
Uşaqlarda bədən çəkisinə nisbətdə dəri səthinin sahəsi böyüklərlə müqayisədə daha böyükdür.Bu səbəbdən də, uşaqlar yerli kortikosteroidlərin sistemli təsirlərinə qarşı daha həssasdırlar. Yerli kortikosteroidlərin uşaqlarda və ya üz nahiyəsində istifadəsi effektiv müalicə nəticələrini təmin edə bilən ən aşağı miqdarda olmalı və müalicə müddəti 5 gündən artıq olmamalıdır. Kortikosteroidlərlə davamlı müalicə böyümə və inkişafa təsir edə bilər.
2 yaşa qədər uşaqların müalicəsi üçün preparatın istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
hamiləlik;
DERMA MF - in hamilə qadinlarda istifadəsinin təhlükəsizliyinə dair yeterli məlumatlar mövcud deyildir.
laktasiya;
Yerli istifadə edilən kortikosteroidlərin ana südündə müəyyən ediləcək qədər sistem absorbsiya olunub - olunmadığına dair məlumatlar mövcud deyildir.
Rəylər (0)