İstifadəsinə göstərişlər:
DEPRATAL böyüklərdə aşağıdakı halların müalicəsi üçün istifadə olunur:
- depressiya
- ümumiləşdirilmiş həyəcan pozğunluğu
- diabetik neyropatik ağrı (tez- tez yanma hissi, zərbə vurmaq, sancma (iynəbatma) hissi, kəskin ağrı və ya ağrı və ya elektroşok kimi təsvir olunur. Təsirə məruz qalan nahiyədə hissiyat itə bilər və ya toxunma, istilik, soyuqluq və ya təzyiq kimi hisslər ağrıya səbəb ola bilər).
Əks göstərişlər:
Aşağıdakı hallarda DEPRATAL-ın istifadəsi əks göstərişdir:
- duloksetinə və ya bu dərmanın digər komponentlərindən hər hansi birinə qarşı allergiya
- qaraciyər xəstəliyi varsa
- ağır böyrək xəstəliyi varsa
- yüksək təzyiqiniz və ya ürək xəstəliyiniz varsa, həkiminizlə danışın.
İstifadə qaydası və dozası:
Həmişə bu dərmanı həkiminizin və ya əczaçının dediyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin.
DEPRATAL oral istifadə üçündür. Tableti bütöv halda su ilə içərək qəbul etmək lazımdır.
DEPRATAL-ın adi dozası gündə bir dəfə 60 mq təşkil edir, lakin həkiminiz məhz sizin üçün münasib olan dozanı təyin edəcəkdir.
Rəylər (0)