Uzunsov,praktiki olaraq ağ, bölünə bilən, qoxusuz və ya zəif qoxulu örtüklü tabletlərdir.
İstifadəsinə göstərişlər:
Epilepsiyanın müxtəlif formalarının və müxtəlif mənşəli qıcolma tutmalarının müalicəsi.
Parsial epilepsiyanın müalicəsi üçün .
Əks göstərişlər:
- Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq;
- Kəskin hepatit ;
- Xroniki hepatit ;
- Qaraciyər porfiriyası
İstifadə qaydası və dozası:
Preparat bədən kütləsi 17 kq-dan çox olan və böyüklər üçün nəzərdə tutulmuşdur.
Başlanğıc gündəlik doza, adətən 10-15 mq/kq təşkil edir,sonra doza optimal dozaya qədər artırılır.
Orta doza gündə 20-30 mq/kq .
Uşaqlar üçün adi doza gündə 30 mq/kq
Böyüklər üçün adi doza gündə 30 mq/kq
Gündəlik dozanı gündə 1 dəfə və ya iki bərabər hissəyə bölməklə gündə 2 dəfəyə qəbul etmək olar.
Tabletlər dişlənilmədən və çeynənilmədən bütöv şəkildə udmaq lazımdır.
Təsiredici maddə: 1 örtüklü tabletin tərkibində 199,8 mq natrium-valproat ,87 mq valproy turşusu vardır.
Köməkçi maddələr:hipromelloza 3000, etilsellüloza, hidratlaşdırılmış kolloidal silisium 4-oksid, natrium saxarinat .
Örtük : hipromelloza 6, makroqol 6000, talk, titan 4-oksid, 30%-li dispers poliakrilat .
Rəylər (0)