İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Oynaqların revmatoid və degenerativ xəstəliklərinin gedişi zamanı sümük-oynaq və əzələ ağrıları zamanı iltihabəleyhinə və ağrıkəsici dərman kimi istifadə edilir.
Aşağıdakı revmatoid xəstəliklərin kəskinləşməsi zamanı qısamüddətli müalicədə istifadə edilir:
- revmatoid artrit
- yuvenil revmatoid artrit
- ankilozlaşdırıcı spondiloartrit
ƏKS GÖSTƏRİŞLƏR:
Meloksikama və ya bu preparatın hər hansı komponentinə qarşı allergiya:
Hamiləliyin üçüncü trimestri:
15 yaşdan aşağı şəxslərdə
Aspirinə və ya digər qeyri-steroidiltihabəleyhinə vasitələrə qarşı allergiya:
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Bu dərmanı həmişə pasiyent üçün içlik vərəqdə təsvir edilən qaydada və ya həkimin və ya əczaçının tövsiyələrinə əsasən qəbul etmək lazımdır.Şübhə olduğu hallarda həkimə və ya əczaçıya müraciət edin.Dərman peroral qaydada qəbul edilməlidir.
İlk dəfə qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Tövsiyə edilən doza-sutkada 1 tabletdir.Denkap qida qəbulu ilə eyni zamanda, üstündən su və ya başqa maye qəbul etməklə qəbul edilməlidir.
DOZA HƏDDİNİN AŞILMASI:
- zəiflik
- yuxululuq
- ürəkbulanma və qusma
- mədə nahiyəsində ağrı
Bu əlamətlər preparatın qəbulu dayandırıldıqdan sonra aradan qalxır.
Rəylər (0)