İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
- vitamin çatışmazlığı və orqanizmin vitaminlərə yüksək tələbatı
- cərrahi əməliyyatdan əvvəl və sonrakı dövr
- mədə - bağırsaq pozğunluqları , xora , kolit
- polinevritlər , nevralgiyalar , periferik parez və ifliclər
- ürək – damar , infeksion və dəri xəstəlikləri
- hamiləlik və laktasiya dövründə hipovitaminozların və vitamin çatışmazlığının müalicə və profilaktikası
- asteniya
- anemiya
- hipertireoz
- xroniki alkoqolizm
- göz xəstəlikləri
ƏKS GÖSTƏRİŞLƏR :
- preparatın tərkibinə daxil hər hansı vitaminə qarşı hiperhəssaslıq
- hemofiliya
- 2 yaşa qədər uşaqlar
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Demoton – t 0.9 % - li fizioloji natrium – xlorid məhlulunda və ya 5 % - li dekstroza məhlulunda həll olunub damcı üsulu ilə vena
daxilinə yeridilir.
Preparatın orta dozası – hər gün 1 ampul.
Müalicə kursu – 5 – 10 gün təşkil edir.
ƏLAVƏ TƏSİRLƏRİ :
Adi dozalarda əlavə effektlər müşahidə edilmir.B qrup vitaminlərinə qarşı həssas olan xəstələrdə allergik reaksiyalar ola bilər,
lakin preparatın qəbulu dayandırıldıqda , bu , keçib gedir.Yüksək dozalarda Vit A və Vit D hipervitaminozu əmələ gələ bilər.
APTEKDƏN BURAXİLMA ŞƏRTİ :
Resept əsasında buraxılır.
Demoton – t yağda və suda həll olan vitaminlərin unikal kombinasiyasından ibarətdir.
Demoton – t vitamin müalicəsində seçim preparatı kimi orqanizmin fəaliyyətini tez bərpa edir və müxtəlif orqanların funksiyasına
müsbət təsir edir.
Demoton – t hemopoetik və stimullaşdırıcı vasitədir , çünki onun tərkibində çoxsaylı enzimatik mexanizmlərin funksiyasını
tənzimləyən Vit B12 – nin səviyyəsi çox yüksəkdir.
1 ampulda vardır :
Vit B1 75 mq
Vit B2 10 mq
Vit B6 25 mq
Vit B12 0.750 mq
Vit A 15000 BV
Vit D 1000 BV
Vit E 10 mq
Nikotinamod 125 mq
Dekspantenol 30 mq
Rəylər (0)