İstifadəsinə göstərişlər:
Dərinin və selikli qişaların birincili və residivləşən genital herpesi daxil olmaqla, sadə herpes virusları tərəfindən törədilən infeksiaların müalicəsi.
İmmun statusu normal olan pasiyentlərdə sadə herpes viruslarının törətdiyi residivləşən infeksiyaların kəskinləşməsinin profilaktikası.
İmmun çatışmazlığı olan pasiyentlərdə sadə herpes virusların törətdiyi infeksiyaların profilaktikası.
Əks göstərişləri:
Asiklovirə, valasiklovirə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Tabletlər daxilə kifayət qədər miqdarda maye ilə qəbul olunmalıdır.
12 yaşdan yuxarı və böyüklər:
Herpes, genital herpes : 200 mq gündə 5 dəfə 5 gün.
Residivləşən herpes: 200 mq gündə 5 dəfə və ya 400 mq gündə 2 dəfə.
Böyrək çatışmazlığı
Delovir böyrək çatışmazlığı olan xəstələrə ehtiyatla təyin olunmalıdır.
Ağır böyrək çatışmazlığı olan xəstələrə preparat gündə 2 dəfə 200 mq dozada 12 saatlıq intervalla təyin olunur.
Doza həddinin aşılması:
Asiklovirin təsadüfi 20q-a qədər qəbulu toksik təsirlərə səbəb olmur. Asiklovirin bir neçə gün ərzində təsadüfi təkrar doza həddinin aşılması zamanı qastroenteroloji və nevroloji simptomlar baş verə bilər.
Əlavə təsirləri:
Digər preparatlar kimi DELOVİR də əlavə təsirlərə səbəb ola bilər.
Qan və limfa sisteminə: anemiya, trombositopeniya, leykopeniya.
İmmun sisteminə: anafilaksiya.
Psixika və sinir sisteminə: başağrısı, başgicəllənmə, həyacan, şüurun qarışması, tremor, ataksiya.
Ümumi pozuntular: yorğunluq, yüksək hərarət.
Rəylər (0)