İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Yerli beta-blokatorla monoterapiya kifayət etmədikdə, açıqbucaqlı qlakuoma və ya psevdoekfosliativ
qlaukomanın müalicəsində yüksəlmiş gözdaxili təzyiqin ( GDT ) aşağı salınması üçün istifadə edilir.
ƏKS GÖSTƏRİŞLƏR:
- Bronxial astma və ya anamnezdə bronxial astmanın olması;
- Ağciyərlərin ağır xroniki obstuktiv xəstəliyi daxil olmaqla, tənəffüs yollarının reaktiv xəstəlikləri;
- Sinus bradikardiyası, birinci və ya ikinci dərəcəli artioventrikulyar blokada, aşkar ürək çatışmazlığı, kardiogen
şok;
- Ağır böyrək çatışmazlığı ( kreatinin klirensi < 30 ml/dəq ) və ya hiperxloremik asidoz;
- Təsiredici maddələrə və ya köməkçi maddələrdən istənilən birinə qarşı həssaslıq.
Əks göstərişlər komponentlərə əsaslanır və yalnız bu kombinasiyaya aid deyil.
UŞAQLARDA İSTİFADƏSİ:
əsasən təhlükəsizliyi sənədləşmək məqsədi ilə 2%- li dorzolamid hidroxlorid göz məhlulu ilə 6 yaşa qədər
uşaqlar üzərində 3 aylıq nəzarət olunan tədqiqat aparılmış. Bu tədqiqatda dorzalamid və ya timololla
monoterapiya kifayət etməyən 2-6 yaş arası 30 pasient DELUKİ T almışdır. Bu pasiyentlərdə effektivlik
müəyyən edilmişdir. Pasiyentlərin bu kiçik qrupunda gündə 2 dəfə DELUKİ T-nin istifadə edilməsi müalicə
kursunu başa vuran 19 pasiyent tərəfindən yaxşı qəbul edilmiş və cərrahi əməliyyata, dərmanın
dəyişdirilməsinə və ya digər səbəblərə görə isə 11 pasiyent müalicəni başa vurmamiş dayandırılmışdır.
YAŞLILARA İSTİFADƏSİ:
DELUKİ T ilə aparılan tədqiqatlarda preparatın təsiri yaşlı və cavan pasiyentlərdə eyni olmuşdur.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
DELUKİ T-nin istifadəsi, müvafiq doza və müalicə müddəti mütləq həkim tərəfindən təyin edilir. Adi doza gündə
2 dəfə ( səhər və axşam ) 1 damcı təşkil edir. DELUKİ T digər göz damcısı ilə eyni zamanda istifadə olunursa,
onların damızdırılması arasında ən azı 10 dəqiqəlik interval saxlanılmalıdır. Həkim məsləhəti olmadan dərmanın
dozasını dəyişdirmək olmaz. Damcıladıcının ucunun göz və göz ətrafına toxunmasına yol vermək olmaz. Bu
məhlul ( göz damcısının ) bakterial çirklənməsinə və nəticədə, göz infeksiyasına səbəb ola bilər. Flakonun
mümkün çirklənməməsinin qarşısını almaq üçün bu dərmanı istifadə etməzdən əvvəl əllər yuyulmalıdır.
DOZA HƏDDİNİN AŞILMASI:
Preparatdan dozadan artıq damızdırılması və ya məhlulun udulması baş verərsə, başgicələnmə, nəfəsalmada
çətinlik və ya nəbzin yavaşıması kimi əlavə təsirlər müşahidə oluna bilər. Dərhal həkimlə əlaqə saxlanmalıdır.
Rəylər (0)