İSTİFADƏSİNƏ
GÖSTƏRİŞLƏR:
aşağıda göstərilən və steroidlərlə müalicəyə cavab verən konyunktivanın,
buynuzlu qişanın və gözün ön seqmentinin qeyri-infeksion iltihabı, xəstəliklərinin
müalicəsi üçün:
-
Ön uveit;
-
Gözün qüzehi qişasının iltihabı;
-
Gözün kirpikli cisminun iltihabı;
-
Allergik konyuktivit;
-
Yaz konyuktiviti;
-
Gözün zədələnməsi ilə kəmərləyici herpes;
-
Səthi nöqtəvari keratit;
-
Qeyri-spesefik səthi keratit.
Həmçinin,
buynuz qişanın kimyəvi, radiasion və ya termik yanıqları zamanı və ya gözə yad
cismin düşməsindən sonra baş verən travmaların müalicəsində istifadə olunur.
Əməliyyatdan
sonra iltihabi reaksiyaların və transplantata qarşı reaksiyanın azaldılması
üçün göstərişdir.
ƏKS GÖSTƏRİŞLƏR:
-
Çiçək peyvəndi, suçiçəyi və ya buynuz qişanın və konyuktivanın digər
virus xəstəlikləri;
-
Sadə herpetik keratit;
-
Göz strukturalarının göbələk zədələnmələri;
-
Gözün mikrobakterial infeksiyaları;
-
Kəskin, bakterial infeksiyalar;
-
Deksametazona və ya köməkçi maddələrin hər hansı birinə qarşı yüksək
həssaslıq.
İSTİFADƏ
QAYDASI VƏ DOZASI:
Böyüklər, yeniyetmələr və uşaqlar ( 2 yaş və yuxarı ): kəskin iltihablar zamanı sağalma baş
verənə qədər hər 30-60 dəqiqədən bir 1 və ya 2 damcı damızdırılır.
Uşaqlar:
2 yaşdan aşağı uşaqlarda preparatın təhlükəsizliyi və effektivliyi öyrənilməyib.
İstifadədən
əvvəl flakonu çalxalamaq lazımdır.
ƏLAVƏ
TƏSİRLƏRİ:
Preparatın
damızdırılmasından bilvasitə sonra tez keçib gedən yandırma hissi, gözdən yaş
axması mümkündür. Uzunmüddətli
istifadəsi zamanı ( 3 həftədən artıq ) gözdaxili təzyiqin artması, görmə
sinirinin zədələnməsi ilə qlaukomanın inkişafı, görmə artması. Deksametazona və
ya benzilkonium xloridə qarşı hiperhəssaslığı olan xəstələrdə allergik konyuktivit
və blefarit inkişaf edə bilər.
DOZA
HƏDDİNİN AŞILMASI:
Deksametazon
kifayət qədər geniş terapevtik indeksə malikdir. Əlamətləri: yerli əlavə
reaskiyaların güclənməsi. Doza həddinin aşılması zamanı hər hansı sistem
reaksiyalar məlumat verilmir. Müalicəsi: simptomatik. Deksametazonun yerli
istifadəsi zamanı spesefik antidotu yoxdur. Təsadüfi və ya qəsdən doza həddinin
aşılması zamanı həkimə müraciət etmək lazımdır.
Rəylər (0)