İSTİFADƏ ÜÇÜN GÖSTƏRİŞLƏR:
D3 vitamini ilə qida rasionu zənginləşdirməklə D-hipo və avitaminozun, raxitin, osteomalyasiyanın və osteoporozun profilaktikası məqsədi ilə tətbiq olunur.Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
ƏKS GÖSTƏRİŞLƏR VƏ ƏLAVƏ TƏSİRLƏR:
Tərkibindəki hər hansı bir komponentə qarşı hiperhəssaslıq.1.5 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmur.Hamilə və laktasiya dövründə həkimin məsləhəti olmadan qəbul edilmir.D hipervitaminozu, hiperkalsinemiya, hiperkasiuriya, böyrək çatışmazlığı, böyrək daşı xəstəliyi, ağciyər vərəmin aktiv forması.Mədə-bağırsaq xorası, ürəyin üzvi zədələnməsi ilə keçən xəstəliklərdə ( perikardit, miokardit və s ) ehtiyyatla istifadə edilməlidir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
1.5-4 yaş arası uşaqlar üçün gün ərzində 1 dəfə 1 damcı nəzərdə tutulur: 4-14 yaş arası uşaqlar üçün gün ərzində 1 dəfə 2 damcı nəzərdə tutulur: 14 yaşdan yuxarı uşaqlar və böyüklər gün ərzində 1 dəfə 4 damcı nəzərdə tutulur: Tövsiyə edilən sutkalıq dozanı keçməyin.Digər istifadə qaydalarına və dozasına yalnız həkim məsləhəti əsasında icazə verilə bilər.
SAXLANMA ŞƏRAİTİ:
25 C aşağı temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
İSTEHSALÇI :
Güneşli İstanbul-Türkiyə.
Rəylər (0)