İstifadəsində göstərişlər:
yüksək riskli pasiyentlərdə D vitamini çatışmazlığının profilaktikası. D vitamini çatışmazlığı olan və ya D vitamini çatışmazlığı riski olan pasiyentlərdə osteoporoz üçün xüsusi terapiyaya əlavə olaraq.
Əks göstərişlər:
Dekalserol preparatı aşağıdakı pasiyentlərdə istifadə edilməməlidir.
-D vitamini və ya preparatın tərkibində olan hər hansə köməkçi maddələrə qarşı hiperhəssaslıq,
İstifadə qaydası və
-hipervitaminoz D
-nefrolitiaz, nefrokalsinoz,
-hiperkalsiemiya və/ya hiperkalsiuriya ilə nəticələnən xəstəliklər və ya vəziyyətlər,
-18 yaşdan aşağı uşaqlar və yeniyetmələr,
-ağır böyrək çatışmazlığı.
İstifadə qaydası və dozası:
Dozalanma, D vitaminin tələb olunan miqdarından asılı olaraq, həkim tərəfindən fərdi olaraq təyin edilməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik:
Hamilə qadınlar üçün tövsiyə olunan gündəlik qəbul 400 BV təşkil edir, lakin D vitamini çatışmazlığı olan qadınlarda daha yüksək doza tələb oluna bilər.
Laktasiya:
Vitamin D3 və onun metabolitləri ana südü ilə xaric olur.Bununla belə, uşağa əlavə D vitaminin təyini zamanı bunu nəzərə almaq lazımdır. Ana südü ilə qidalandıran qadınlarda Xolekalsiferol preparatı ilə müalicə müalicə tövsiyə edilmir.
Rəylər (0)