İstifadəsinə göstərişlər:
Böyüklərdə və yeniyetmələrdə D vitamini çatışmazlığının profilaktikası və müalicəsi.
Əks göstərişləri:
- Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;
- D hipervitaminoz;
- nefrolitiaz
- nefrokalsinoz;
- hiperkalsemiya və\və ya hiperkalsiuriya ilə nəticələnən xəstəlikləri və ya digər hallar ( məsələn, mieloma, sümük metastazları və ya digər bədxassəli sümük xəstəlikləri, birincili hiperparatireoz);
- ağır böyrək çatışmazlığı;
- 12 yaşdan aşağı uşaqlar.
İstifadə qaydası və dozası:
Tövsiyə olunan doza: böyüklərdə həftədə 1 kapsul (20.000 BV). Birinci aydan sonra 25-hidroksi xolekalsiferolun plazmadakı səviyyəsindən, xəstəliyin şiddətindən və xəstənin müalicəyə reaksiyasından asılı olaraq aşağı dozalar nəzərdən keçirilə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik;
D vitamini çatışmazlığı ana və uşaq üçün zərərlidir.
Hamilə qadınlarda yüksək dozada D vitamini ilə müalicəsi tövsiyə edilmir.
Laktasiya:
Süd verən qadınlarda yüksək dozada D vitamini ilə müalicə tövsiyə edilmir.
Rəylər (0)